Marneulidə fəvvarənin üzərindəki saat yenidən təmir olunmalıdır

Marneuli yerli özünüidarəsi şəhərin mərkəzi meydanında yerləşən fəvvarə saatının bərpasını planlaşdırır.


Bələdiyyə saatın elektron və mexaniki hissələrinin bərpası, təmiri və texniki xidmətinin satınalınması məqsədilə bazar araşdırması aparır.

İllər ərzində dəfələrlə sıradan çıxan saat mexanizminin sonuncu təmiri bələdiyyəyə 1 650 lariyə başa gəlmişdi. Hazırkı bazar araşdırması çərçivəsində qurğunun tam bərpasının neçəyə başa gələcəyi müəyyənləşdirilməlidir.

Təkliflərin qəbulu 2026-cı
il sentyabrın 11-i saat 00:00-da başlayır və sentyabrın 14-ü saat 14:00-dək davam edəcək. İşlərin icrası isə müqavilə bağlandıqdan sonra 6 təqvim günü ərzində həyata keçirilməlidir.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google