Marneuli meriyası 2026-cı tədris ili üçün aztəminatlı, çoxuşaqlı,
xüsusi təhsil ehtiyacı və əlilliyi olan şagirdlərə kömək məqsədilə
elan etdiyi dövlət satınalmasını başa çatdırıb.
8 389 lari büdcəsi olan tenderdə yalnız bir şirkət – “GEOSM” MMC
iştirak edib və məhsulların tədarükünü meriyaya 8 133 lariyə təklif
edib.
Təqdim olunan sənədlərə görə, satın alınan məktəb ləvazimatları
əsasən Çin istehsalıdır. 13 adda məhsuldan 8-i məhz
Çində istehsal
olunub. Tenderdə qiyməti 12.99 lari olaraq müəyyənləşdirilən məktəb
çantası da bunlardan biridir.
Şirkətin rəsmi saytı yoxlanılarkən məlum olub ki, bu cür aşağı
büdcəli çantalar saytda yer almayıb, mövcud məktəb çantalarının
qiyməti isə əsasən 100 lari dəyərindədir.
“GEOSM” MMC tərəfindən təqdim olunan əşyaların tam siyahısı,
miqdarı, qiymətləri və istehsalçı ölkələr:
- Məktəb çantası: 300 ədəd | Vahid qiyməti: 12.99 lari (Cəmi: 3
897.00 lari) | Mənşəyi: Çin (istehsalçı: DELI GROUP CO.LTD)
- Birxətli dəftər (48 vərəqli): 900 ədəd | Vahid qiyməti: 0.60
lari (Cəmi: 540.00 lari) | Mənşəyi: Gürcüstan (istehsalçı: Iberia
2005 MMC)
- Damalı dəftər (48 vərəqli): 900 ədəd | Vahid qiyməti: 0.60 lari
(Cəmi: 540.00 lari) | Mənşəyi: Gürcüstan (istehsalçı: Iberia 2005
MMC)
- Rəngli karandaşlar (24 rəng): 300 qutu | Vahid qiyməti: 2.89
lari (Cəmi: 867.00 lari) | Mənşəyi: Çin (istehsalçı: DELI GROUP
CO., LTD)
- Rəngli rəsm kağızı (12 rəng): 300 qutu | Vahid qiyməti: 2.48
lari (Cəmi: 744.00 lari) | Mənşəyi: Fransa (istehsalçı: PAPETERIES
DE CLAIREFONTAINE SAS)
- Şəffaf xətkeş (20 sm): 300 ədəd | Vahid qiyməti: 0.37 lari
(Cəmi: 111.00 lari) | Mənşəyi: Çin (istehsalçı: DELI GROUP CO.,
LTD)
- Pozan (yumuşaqlığı 4B): 300 ədəd | Vahid qiyməti: 0.36 lari
(Cəmi: 108.00 lari) | Mənşəyi: Çin (istehsalçı: DELI GROUP CO.,
LTD)
- Karandaşyonan (sink-alüminium xəlitəli gövdə ilə): 300 ədəd |
Vahid qiyməti: 1.55 lari (Cəmi: 465.00 lari) | Mənşəyi: Çin
(istehsalçı: DELI GROUP CO., LTD)
- Məktəb qələmdanı (parça): 300 ədəd | Vahid qiyməti: 0.56 lari
(Cəmi: 168.00 lari) | Mənşəyi: Çin (istehsalçı: DELI GROUP CO.,
LTD)
- Karandaş (pozansız, yumuşaqlığı 4B): 300 ədəd | Vahid qiyməti:
0.44 lari (Cəmi: 132.00 lari) | Mənşəyi: Almaniya (istehsalçı:
STANGER PRODUKTIONS-UND VERTRIEBS-GMBH & CO.KG)
- Kürəcik qələm (göy, 1.0 mm): 300 ədəd | Vahid qiyməti: 0.13
lari (Cəmi: 39.00 lari) | Mənşəyi: Çin (istehsalçı: DELI GROUP CO.,
LTD)
- Çoxfunksiyalı qələm (5 rəng): 300 ədəd | Vahid qiyməti: 1.17
lari (Cəmi: 351.00 lari) | Mənşəyi: Çin (istehsalçı: NINGBO BAILE
STATIONERY MANUFACTURE CO., LTD)
- Qayçı: 300 ədəd | Vahid qiyməti: 0.57 lari (Cəmi: 171.00 lari)
| Mənşəyi: Çin (istehsalçı: HELIO STATIONERY GROUP)
Bələdiyyənin ilkin hesablamalarına əsasən, ümumi büdcədən hər uşağa
27.96 lari ayrılmışdı. “GEOSM” şirkətinin təklif etdiyi 8 133
larilik yekun məbləğlə isə hər uşaq üçün nəzərdə tutulan məktəb
paketinin dəyəri 27.11 lari təşkil edib.
Bələdiyyə məktəblərində tədris processesi sentyabrın 15-də
başlayacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.