Mədəniyyət Evinin bərpası səbəbindən Marneulidə "Şin"
çoxmillətli festivalı bu il keçirilməyəcək
Marneulidə "Şin" çoxmillətli festivalı bu il baş tutmayacaq. Bu
barədə yerli sakinlərə Marneuli Mədəniyyət Mərkəzinin idarə heyəti
məlumat verib. Qurumun izahına görə, tədbirin hazırlanması,
iştirakçılarla işləmək və təşkilati prosesin aparılması üçün lazımi
iş sahəsi hazırda təşkilatda yoxdur, alternativ sahə ilə təmin
olunması isə bu vaxtadək
mümkün olmayıb.
"Şin" 2022-ci ildən təsis edilmiş çoxmillətli festivaldır və etnik
dözümlülük barədə aydın mesaj daşıyır. Layihənin məqsədi mədəni
dialoq yolu ilə bələdiyyədə yaşayan müxtəlif etnik qruplar arasında
qarşılıqlı anlaşmanın, etibar körpülərinin tikilməsinə və
rəngarəngliyin dəstəklənməsinə kömək etməkdir.
"İllərlə yaradılan, inkişaf edən və Marneulinin mədəni
həyatında mühüm yer tutan bu cür layihələrin dayandırılması bizim
üçün xüsusilə ağırdır... Marneulidə mədəni-yaradıcılıq
proseslərinin uzunmüddətli dayandırılması illər ərzində formalaşan
mühitin qorunub saxlanılmasını və inkişafını hər gün daha da
çətinləşdirir. Mədəni həyat fasiləsizliyə, məkana və imkanlara
ehtiyac duyur. Ümid edirik ki, yerli özünüidarə vaxtında müvafiq
məkan tapacaq və bu, bizə mədəni-yaradıcılıq fəaliyyətimizi davam
etdirməyə imkan verəcək", — Mədəniyyət Mərkəzinin
bəyanatında qeyd olunur.
Mədəniyyət Mərkəzinin fəaliyyəti niyə dayandırıldı?
Marneuli Mədəniyyət Mərkəzində binanın bərpa işləri səbəbindən
tədris və yaradıcılıq prosesi adəti rejimdə başlaya bilməyib.
Təşkilatdan bildirirlər ki, fəaliyyəti ən qısa müddətdə bərpa
etməyə hazırdırlar, lakin prosesin bərpası tamamilə onların
səlahiyyət çərçivəsindən kənar olan alternativ sahənin
tapılmasından və ayrılmasından asılıdır.
Mədəniyyət Evinin bərpası haqqında qərarın hələ yayın əvvəlində
məlum olmasına baxmayaraq, cavabsız qalan suallar var: yerli
özünüidarə tədris ili başlamazdan əvvəl alternativ məkanın
tapılmasını niyə təmin edə bilmədi, şagirdlər və valideynlər niyə
faktdan sonra xəbərdar oldular və konkret olaraq yüzlərlə uşaq və
gənc nə qədər müddət incəsənət təhsilindən kənarda qalmalı
olacaq.
Yenilənmiş Mədəniyyət Evi necə olacaq?
Marneuli yerli özünüidarəsi "Mədəniyyət Evi"nin bərpası və yenidən
qurulması üzrə tenderdə qalib gələn "Bildkings" MMC ilə 7 585
205.93 lari dəyərində müqavilə imzalayıb. Layihə 4 ilə bölünüb və
2026-cı il iyunun 4-dən 2029-cu il dekabrın 31-dək qüvvədədir.
Maliyyələşmənin 95%-ni dövlət büdcəsi, 5%-ni isə yerli özünüidarə
ödəyəcək. 2026-cı il iyunun 17-də şirkətə yerli büdcədən avans kimi
artıq 900 000 lari (ümumi məbləğin 12%-i) ödənilib.
Layihəyə əsasən, mövcud binanın sağ və sol qanadına bir mərtəbə
tikiləcək — sol tərəfdə qrim otaqları ilə birlikdə kiçik teatr
zalı, sağ tərəfdə isə xoreoqrafiya məşq otaqları təşkil olunacaq.
Böyük zal tam bərpa ediləcək və fırlanan səhnə bərpa olunacaq.
Bundan əlavə, yeni inzibati, teatr və xoreoqrafiya məkanları,
anbarlar, qarderob, məhdud imkanlı şəxslər üçün uyğunlaşdırılmış
sanitariya qovşaqları təşkil ediləcək və binanın fasadı
yenilənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.