Axtarışda olan şəxs qismində saxlanılan "Mamedqaz"ın rəhbəri
Nəriman Allahverdiyev girov qarşılığında azadlığa buraxılıb.
Oktyabrın 7-də keçirilən məhkəmə iclasında onun həbsdə saxlanılması
məsələsinə baxılıb, bundan sonra o, məhkəmə zalından azad
edilib.
Allahverdiyevin vəkili Rövşən Ziyadəliyevin bildirdiyinə görə,
müdafiə tərəfinin mövqeyinə əsasən, təqsirləndirilən şəxsin məhkəmə
prosesindən yayınması, yeni cinayət törətməsi və ya sübutlara
müdaxilə etməsi üçün əsasların olmaması
faktı nəzərə alınıb.
Nəriman Allahverdiyev 100 000 lari məbləğində girov qarşılığında
azadlığa buraxılıb və məhkəmə məbləğin ödənilməsi üçün bir həftə
vaxt verib. Növbəti məhkəmə iclası oktyabrın 21-də Rustavi Şəhər
Məhkəməsində keçiriləcək.
"Mamedqaz"ın rəhbəri avqustun 20-də maliyyə mübahisəsi üzrə
məhkəməyə gəlmədiyi üçün saxlanılmışdı.
Qeyd edək ki, bir neçə ay əvvəl "Mamedqaz" MMC ilə Gürcüstan Milli
Enerji və Su Təchizatını Tənzimləyən Komissiya (SEMEK) arasında
yaranmış maliyyə fikir ayrılığı səbəbindən əhaliyə təbii qazın
verilməsi məhdudlaşdırılmışdı. "Marneuli" radiosu bu mövzuda
dəfələrlə material hazırlayıb.
Mübahisənin əsas səbəbi qaz tarifi olub. "Mamedqaz"
istehlakçılardan SEMEK tərəfindən müəyyən edilmiş 47 tetrilik
tarifdən baha – 57 tetri tələb edirdi, buna görə tərəflər razılığa
gələ bilməmişdilər. İyulun 30-da "Socar" şirkəti məlumat yaydı ki,
Qızılhacılıda "Mamed"in təbii qaz paylanması lisenziyası ləğv
edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.