Marneulidə lövhəsiz qalan küçələr

Marneuli küçələrində bir çox küçələrin adlarını göstərən yazılar yoxdur. Şəhərin mərkəzi küçəsinin Rustaveli adlandığını çox adam bilir və həmin küçəni tapmaq insanlar üçün olduqca asandır.

Lakin digər küçə adlarının olmaması insanların hər hansı mənzil başına getmələri üçün bir sıra problemlər yaradır. Marneuli sakinləri təcili tibbi yardım çağırdıqlarında, hər hansı xidmət mərkəzlərinə müraciət etdiklərində onlar çətinliklərlə qarşılşırlar.

Şəhərin bir çox küçələrində adlar yazılmayıb. Bu isə əhaliyə problem yaradır.



Qeyd edilməlidir ki, Marneulidə küçələr Googlenin xəritəsi ilə tapılmır. Marneuliyə gələn turistlər vaxt itirməli və soruşa-soruşa axtarmalı olacaqlar.
Marneuli meriyasından izah edirlər ki, məsələ ilə bağlı müzakirə gedir ancaq indiki mərhələdə heç bilmirik də Marneuli küçələrində yazı lövhələri problemi həll olacaq ya yox.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər