Vəkilin bəyanatına görə, Abazova qarşı sübutlar yoxdur
Temur Abazovun vəkili Qaqi Mosiaşvili Abazovun işi ilə bağlı yüksək ictimai marağa görə brifinq keçirib və çıxışı zamanı qeyd edib ki, Temur Abazova qarşı ittiham tərəfindən məqsədli şəkildə təqib həyata keçirilir.
“İttiham tərəfinin Temur Abazova qarşı əlində olan yeganə sübutu işdə zərərçəkmiş olaraq tanınan Elçin Allahverdiyevin ifadəsidir. Qeyd olunan şəxs maraqlanan şəxsdir və onun Temur Abazova qarşı müəyyən marağı var. Zərərçəkmiş olaraq tanına şəxsin dindirilməsindən sonra o, məhkəmədə gizlənmədən qeyd etdi ki, Temur Abazova qarşı şəxsi incikliyi, faktiki olaraq şəxsi düşmənçiliyi var. Ona görə də müəyyən qədər onun tərəfindən verilən ancaq başqa sübutlarla təsdiqlənməyən məlumat əlbəttə, bizə əsas verir ki, Temur Abazova qarşı ittiham tərəfindən məqsədli şəkildə təqib aparıldığını güman edək” - deyir Qaqi Mosiaşvili.

Vəkil eləcə də deyib ki, ittiham tərəfi Temur Abazovla iki maddə əsasında dava aparır. Elçin Allahverdiyevə qarşı insanlıqdan kənar yanaşması faktı və həmin şəxsin şəxsi həyatı haqqında gizli məlumatın sosial şəbəkədə yayımlanması.

Mosiaşvili özü təsdiq edir ki, bu hərəkəti Abazov deyil ittiham tərəfini təmsil edən, başqa şəxs həyata keçirib. Şahidin özü deyir ki, bu hərəkəti o, həyata keçirib və Abazovla dava etdikləri, Elçin Allahverdiyevə qarşı törədilmiş hərəkəti o, yerinə yetirib.

“İttiham tərəfindən əldə olunan sübutlarla mübahisəsiz müəyyən edilmiş faktdır ki, Temur Abazova qarşı, onun qanuna zidd hansıs hərəkət etdiyinə dair heç bir şəkildə birbaşa sübut yoxdur. Amma bununla yanaşı öz dili ilə Temur Abazovla dava edilən hərəkəti (Elçin Allahverdiyevə qarşı qanuna zidd hərəkət) törətdiyini etiraf edən adam var. Həmin şəxsə qarşı isə heç bir istintaq fəaliyyəti həyata keçirilməyib və qeyd olunan şəxsdən ittiham tərəfi Temur Abazova qarşı istifadə edir”
- deyir Qaqi Mosiaşvili.

Temur Abazovun işinin əsas müzakirəsi davam edir. Xatırladaq ki, Marneulidə vətəndaş Elçin Allahverdiyevə qarşı həyata keçirilmiş təhqiredici və insanlıqdan kənar yanaşma faktına dair saxlanılan Marneuli merinə məhkəmə ön tədbir olaraq həbs cəzasını 14 iyunda tətbiq edib.

Print Email
FaceBook Twitter Google