“Məhkəmə prosesi davam edir və müttəhim statusunda işə davam etmək istəmirəm”, – Temur Abazov istefası barədə
Temur Abazovun istefa verməsi haqqında məlumat öz təsdiqini tapıb. O, özü Marneuli radiosuna təsdiq edib ki, onun vəkilləri bələdiyyə məclisinə vəzifəsini tərk etməklə bağlı ərizə ilə müraciət ediblər.
“Məhkəmə prosesinin davam etməsi və müttəhim statusunda olaraq eyni zamanda çalışmağa davam etmək istəmirəm” – Temur Abazov deyib.

Bələdiyyə məclisinin sədri Amiran Qiorqadzenin vəkillərin müraciəti haqqında məlumatı yoxdur. Meriya aparatında da vəkillərin müraciətini təsdiqləmirlər.

Bələdiyyə Məclisi onun öhdəliyini 13 iyunda prokurorluq tərəfindən Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarla bağlı ittiham olunan zaman dayandırıb.
Abazov yeddi ay ərzində ilkin həbsdə olub. Dekabrda məhkəmə Abazovu girov qarşılığında azad edib.

Məhkəmə prosesi hələ də davam edir.


Mövzu ilə bağlı digər xəbərlər:

Abazovun vəkilinin sözlərinə görə prokurorluq onun ittihamını yenə də təsdiqləyə bilmir

Abazov həbsxanada uzanmış saçı ilə öz səbr bacarığını diqqətə yetirir

Abazovun dəmir barmaqlıqlardan kənarda ilk məhkəmə iclası

“Bu azad insanın fikri və azad arzusudur. Siyasətdə olacaq, yoxsa başqa istiqamətdə – bu onun öz işidir” – Ruslan Hacıyev Temur Abazovun görüşü haqda


"Marneuli" radiosu
Print