Marneulidə “Yaradıcı Gənclər Akademiyası”nın açılışı baş tutub (FOTO)
21:23 / 19.02.2019
Bu
gün, 19 fevral tarixində Marneulidə “TİKA” təşkilatının maliyyə
dəstəyi ilə “Yaradıcı Gənclər Akademiyası”nın açılışı baş
tutub.
Açılış mərasimində Gürcüstan Parlamentinin
deputatı Ruslan Hacıyev, Kvemo Kartli qubernator müavini Zaur
Darğalı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, mer
müavini Laşa Lobjenize, Türkiyə respublikasının Gürcüstandakı
səfiri Fatma Seren, “Tika” və Yunus Emre İnstitutunun nümayəndə
heyətləri və digər maraqlanan şəxslər iştirak edirdilər.
Təşkilatın məqsədi bölgədə gənclərin inkişafına, təhsilinə və
mədəniyyətin qorunub saxlanmasın dəstək olmaqdır. Bu günə kimi
Yaradıcı Gənclər Akademiyası təhsilə və mədəniyyətə yönəlmiş bir
sıra tədbirlər həyata keçirib. Təşkilatın gələcək planlarında
bölgədə bu sahədə tədbirlərin daha sıx keçirilməsi və gənclərlə
fəal işləmək daxildir.
Qeyd edək ki, Yaradıcı Gənclər Akademiyası 2017-ci ildən fəaliyyət
göstərir.