Marneuli şəhərində yeni təmizləmə sistemi
qurulur. Səhər saatlarının əvəzinə küçələr tullantılardan gecə
saatlarında təmizlənəcək.
Dəyişiklik təşəbbüsü Marneulinin yeni meri
Zaur Darğallıya aiddir və o, düşünür ki, bu yolla iqtisadi olaraq
təmiz mühit yaranacaq.
“Gecə ərzində şəhər küçələrinə atılan tullantılar məni
çox narahat edirdi. Bu təşəbbüslə biz gecə saatlarından səhərə
qədər təmiz şəhərin olmasını təmin edəcəyik. Vacibdir ki, bu
istiqamətdə əhali də bizə kömək etsin. Eləcə də yeni texnika almaq
və briqadaları gücləndirmək lazımdır” – Zaur Darğallı
deyir.
O, əhalinin məlumatlandırılması üçün könüllülər qrupu yaratmağı
planlaşdırır. Onlar ətrafın çirklənməsinə qarşı fəal şəkildə
çalışacaqlar.
Marneulinin meri hesab edir ki, yalnız meriyanın çalışması effektli
olmayacaq, eyni zamanda əhali də məlumatlı olmalıdır.
Marneuli meriyasında təmizləmə işlərini “Təmiz Marneuli” MMC öz
üzərinə götürür.
“Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladzenin dediyinə görə,
Zaur Darğallının yeni təşəbbüsü effektli olacaq.
“Saat 11-dən sonra tullantılar daşınmırdı, gecə ərzində
bəzi insanlar zibili yerə atır, bəzən külək əsir və zibili ətrafa
dağıdır və daha çox zibillik olur. Görək bu həftə ərzində hansı
nəticəni əldə edəcəyik. Bu gün səhər tezdən baxdım çox da zibilli
deyildi” – Leri Mumladze deyir.
Mumladze onu da qeyd etdi ki, indiyə kimi zibilin daşınması saat
6-dan başlayırdı. Qeyd olunan təşəbbüs kəndlərə aid deyil və yalnız
Marneuli şəhəri üçün nəzərdə tutulub.