DİN Azərbaycanlı hüquq mühafizəçisinin saxlanılmasını təsdiqləyir

Daxili İşlər Nazirliyi Azərbaycanlı fəalın saxlanılması ilə bağlı açıqlama verib.



"Marneuli" radiosuna DİN-dən bildiriblər ki, Avtandil Məmmədov Azərbaycan Respublikası İntrpolu tərəfindən Qırmızı Körpü keçidində fırıldaqçılıqla bağlı axtarışda idi.

“Azərbaycanın Cinayyət Məcəlləsinin 178.2.2-ci maddəsi dəfərlərə törədilən fırıldaqçılığı nəzərdə tutur. Məhz bu maddə ilə Avtandil Məmmədov axtarılırdı” – DİN-dən deyirlər.

DİN-dən açıqlama verirlər ki, Məmmədov hələ də Gürcüstandadır və prosedurlar keçdikdən sonra ola bilsin Azrəbayacan aparsınlar.

Avtandil Məmmədov bu gün, gündüz satlarında saxlanılıb. "Marneuli" rdiosu ilə söhbət zamanı hüquq mühafizəçisi Leyla Məmmədova bildirib ki, Azərbaycanlı hüquq mühafizəçisi Gürcüstanda artıq yarım ildir ki, yaşayırmış. O, Gürcüstana siyasi sığınacaq almaq üçün müraciət edib və bununla bağlı növbəti məhkəmə iclası 21 iyunda baş tutmalı idi.

Leyla Məmmədovanın məlumatına görə Avtandil Məmmədov bir neçə ay ərzində izlənilirmiş. O, Gürcüstan polisinə müraciət edib ancaq izləmə ilə bağlı Avtandil özü sübut təqdim etməyib və polis reaksiya göstərməyib.


 

Print Email
FaceBook Twitter Google