Xəbərlər
Saimerlo sakinlərinin etirazı nəticəsində kəndə su yenidən əvvəlki quyudan veriləcək

Saimerloda içməli suyun mənbəyi dəyişdirilməyəcək.

Marneuli merinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Saimerlo sakinlərinə içməli su yenə də mövcud mənbədən veriləcək.

Zaur Darğallının sözlərinə görə, su sisteminin dəyişdirilməsinə cavabdeh olan şirkətdən bildiriblər ki, Saimerloya içməli suyu mövcud mənbədən verməyə hazırdırlar.

Bu gün, 9 avqust tarixində Saimerlo su sisteminin dəyişdirilməsinə cavabdeh olan şirkətin və meriyanın nümayəndələri kənd sakinləri ilə goruşəcək və layihəyə edilən dəyişikliklər barədə məlumat verəcəklər. Sakinlərlə görüş saat 15:00-a planlaşdırılıb.

Saimerlo sakinləri meriyanın kənddə bu vaxta qədər mövcud olan su mənbəyinin bağlayacağı, Saimerloya isə suyu içməli su anbarından verəcəyi məlum olduqdan sonra su sisteminin dəyişdirilməsinə etiraz etdilər.

Sakinlərin sözlərinə görə, kənd suyu illərdir ki eyni mənbədən alır və onlar suyun keyfiyyətindən razıdırlar. Meriyanın nümayəndələri isə kənd sakinlərini əmin edirdilər ki, su anbarına toplanmış içməli suyun keyfiyyəti quyudan birbaşa verilən suyun keyfiyyətindən daha yüksək olacaq.

Yekunda Saimerlo sakinlərinin etirazı nəticə vermişdi və bərpa işləri 24 iyun tarixində dayandırılmışdı.

"Marneuli" Radiosu

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Marneulidəki yeganə fəvvarə tezliklə işə düşəcək.
Aylardır ki, fəvvarədən su gəlmir və fəvvarənin üstündəki saat
vaxtı düzgün göstərmir. Meriyadan bildirirlər ki, fəvvarənin su
nasosu və dekorativ saatın mühərriki xarab olub.
Marneulidəki yeganə fəvvarə tezliklə işə düşəcək. Aylardır ki, fəvvarədən su gəlmir və fəvvarənin üstündəki saat vaxtı düzgün göstərmir. Meriyadan bildirirlər ki, fəvvarənin su nasosu və dekorativ saatın mühərriki xarab olub.
Yayım şirkəti Rustavi2 yenilənmiş efirə və
“Kurieri” xəbərlər buraxlışının yayımına 23 sentabrdan
başlayacaq.
Yayım şirkəti Rustavi2 yenilənmiş efirə və “Kurieri” xəbərlər buraxlışının yayımına 23 sentabrdan başlayacaq.
NDİ-ın araşdırmasına əsasən İnstitutlar
arasında əhali Gürcüstanın Provoslav Kilsəsinin fəaliyyətini müsbət
dəyərləndirir.
NDİ-ın araşdırmasına əsasən İnstitutlar arasında əhali Gürcüstanın Provoslav Kilsəsinin fəaliyyətini müsbət dəyərləndirir.
Milli-Demokratik İnstitut (NDİ) və CRRC
Gürcüstanın 19 sentyabrda yayımladığı araşdırmasına əsasən
hökumətin fəaliyyətini 60% mənfi dəyərləndirir.
Milli-Demokratik İnstitut (NDİ) və CRRC Gürcüstanın 19 sentyabrda yayımladığı araşdırmasına əsasən hökumətin fəaliyyətini 60% mənfi dəyərləndirir.
Marqarita Miskaryan Marneuli Uşaq Bağçaları
Birliyini bir növ ayrı-seçkilikdə ittiham edir. O, bir neçə gün
əvvəl bilib ki, onu Dəmyə kəndində məktəbəqədər hazırlıq mərkəzinə
gürcü dili müəllimi vəzifəsinə qəbul etməyiblər.

Marqarita Miskaryan Marneuli Uşaq Bağçaları Birliyini bir növ ayrı-seçkilikdə ittiham edir. O, bir neçə gün əvvəl bilib ki, onu Dəmyə kəndində məktəbəqədər hazırlıq mərkəzinə gürcü dili müəllimi vəzifəsinə qəbul etməyiblər.

Marneuli bələdiyyəsində 25 ictimai məktəb
2019-2020-ci tədris ili başlayana qədər elan edilmiş vakansiya
nəticəsində 82 pedaqoqu işə qəbul edib. Onların əksəriyyəti 35 yaşa
qədərdir.

Marneuli bələdiyyəsində 25 ictimai məktəb 2019-2020-ci tədris ili başlayana qədər elan edilmiş vakansiya nəticəsində 82 pedaqoqu işə qəbul edib. Onların əksəriyyəti 35 yaşa qədərdir.

“Gürcüstan Dəmiryolu”nun baş direktoru Davit
Peradze 17-18 sentyabrda Gürcüstanın İqtisadiyyat və Davamlı
İnkişaf naziri Natia Turnava və onun müavini ilə birgə Azərbaycana
səfər edib.
“Gürcüstan Dəmiryolu”nun baş direktoru Davit Peradze 17-18 sentyabrda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və onun müavini ilə birgə Azərbaycana səfər edib.