Mer Saimerlo sakinlərinə su sistemi dəyişikliyinin iki variantını təklif etdi

Bu gün, 9 avqust tarixində Marneuli meri Saimerlo kəndinin sakinləri ilə içməli su ilə bağlı görüş keçirdi.


Zaur Darğallı sakinləri içməli su sisteminin dəyişdirilməsinə cavabdeh olan şirkətlə danışıqlardan sonra layihənin həyata keçirilməsinin 2 variantı ilə tanış etdi.

Merin təşəbbüsü ilə 24 iyunda keçirilmiş aksiya nəticəsində dayandırılmış su sisteminin dəyişdirilməsi işlərinə yenidən başlanılacaq. Sakinlərin isə yenə də hansı suyu istədiklərini seçmək imkanı olacaq.

“Şirkətlə danışıqlardan sonra belə qərara gəldik ki, Saimerloda su quyusuna da qoşulmaq mümkün olacaq, 24 saat su ilə təmin edəcək yeni anbara da”, – Zaur Darğallı sakinlərlə görüş zamanı bildirdi.

Marneuli meri qeyd etdi ki, bu mərhələdə kənd sakinlərinin hansı su sisteminə qoşulması barədə qərar verməlidirlər. Su borularına gəlincə isə, onlar hər iki halda da tamamilə dəyişdiriləcək.

Saimerlo sakinləri meriyanın kənddə bu vaxta qədər mövcud olan su mənbəyinin bağlayacağı, Saimerloya isə suyu içməli su anbarından verəcəyi məlum olduqdan sonra su sisteminin dəyişdirilməsinə etiraz etdilər.

Sakinlərin sözlərinə görə, kənd suyu illərdir ki eyni mənbədən alır və onlar suyun keyfiyyətindən razıdırlar. Meriyanın nümayəndələri isə kənd sakinlərini əmin edirdilər ki, su anbarına toplanmış içməli suyun keyfiyyəti quyudan birbaşa verilən suyun keyfiyyətindən daha yüksək olacaq.

Yekunda Saimerlo sakinlərinin etirazı nəticə vermişdi və bərpa işləri 24 iyun tarixində dayandırılmışdı.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google