Xəbərlər
Qəzalı vəziyyətə düşən heykəl (VİDEO/FOTO)
Marneuli Mədəniyyət evinin qarşısında yerləşən görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun heykəli qəzalı vəziyyətə düşüb. Büstün yerləşdiyi beton konstruksiyanın üzərinə vurulan daş piltələr düşüb və düşən piltələr isə yerində yoxdur. Büstün özündə də bəzi hissələrdə dağılmalar müşahidə edilir və onun da bərpa olunmasına ehtiyac var.

N.Nərimanov heykəlinin yaxın günlərdə təmir olunub olunmaması ilə bağlı Marneulinin meri Zaur Darğallı ilə əlaqə saxladıq. O, bizimlə söhbəti zamanı bildirdi ki, Marneulidə yerləşən parkların təmiri, bərpası ilə bağlı konkurs elan edib və konkurs nəticəsində bütün parklarda təmir işləri görüləcək.

“Biz Marneulidə olan parklarla bağlı konkurs elan etmişik. Əlbəttə ki, parkda olan abidə və parkın özü təmirdən keçəcəkdir. Mənim təşəbbüsümlə konkurs elan edirik. Konkursun nəticəsi aydın olduqdan sonra 2020-ci ilin büdcəsində hamısı nəzərə alınacaq”, - Zaur Darğallı bildirdi.

Z.Darğallı həmçinin qeyd etdi ki, konkursla bağlı məlumat meriyanın rəsmi səhifəsində də paylaşılıb.


Warning: Invalid argument supplied for foreach() in /home/marneulifm/public_html/templates/default/html/com_content/article/default.php on line 166
FaceBook Twitter Google