Marneulidə elektrik dirəyində yanğın baş verib (VİDEO/FOTO)
Bu gün, 18 sentyabr tarixində təxminən saat 15:40 radələrində, Marneulidə Rustaveli 60 ünvanında yanğın baş verib.

Hadisə zamanı elektrik dirəklərinin üzərində yerləşən sayğac alışaraq yanıb. Hadisə yerinə yanğın söndürənlərlə birlikdə Energo-pronun əməkdaşları cəlb olunub və qısa zamanda yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın söndürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanğınla bağlı heç bir cinayət işi açılmayıb.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print