Müxtəlif fənn müəllimlərindən kənar qalan Marneuli məktəbləri
Şaumian kəndinin 1 saylı ictimai məktəbində cari
tədris ilində bir dəfə də olsun kimya dərsi
keçirilməyib.
Məktəbdə 251 şagird var və kimya müəllimi yoxdur. Dörd sinifin
şagirdləri, həmçinin, 12-ci siniflər fənn üzrə təhsil almırlar.
Onlar kimyanın tədrisini bu il başa vurmalıdırlar. Fənn müəllimi
Gürcüstan hakimiyyətin təqaüdçü müəllimlərə təklifindən sonra
məktəbdən ayrılıblar. Şaumianinin 1 saylı ictimai məktəbinin daha
altı müəllimi də belə qərar verib.
Məktəbin direktoru Artuş Urumyan “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, tədris ili başlayanadək 7 vakant yerə qəbul
elan ediblər.
“Vakant yerlərdən 6-sı tutulub, müəllim qəbul etmişik, lakin kimya
müəllimi tapa bilmirik. Yaxın məktəblərdə də kadr yoxdur. Kiməsə
uşaqlara heç nə öyrətmədən sadəcə maaş almaq üçün saat verməyi
düşünmürəm. Necə olacaq, bilmirəm. Nazirliyə də bu barədə məlumat
vermişəm, dedilər ki, yanvaradək gözlə, bəlkə kimsə müəllim
sertifikatı alıb gəlir”, – məktəb direktoru Artuş
Urumyan deyir.
Direktor məktəbin müəllim axtarışının nə qədər davam edəcəyini və
kimya dərsinin nə qədər müddət keçirilməyəcəyini bilmir. Artuş
Urumyan sevinir ki, yeni qəbul olunan altı müəllim həmin məktəbin
məzunlarıdır və hamısı gürcü dilini bilir.
Müəllim tapılmayan Marneuli məktəblərində fənləri başqa müəllimlərə
bölüblər və buna görə onlar qrafikdən artıq iş görməli olurlar.
Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Omarov deyir ki, bələdiyyə
miqyasında məktəbi 261 pedaqoq tərk edib. Ümumi hesabda 29
məktəbdən 110 müəllimlik vakansiyası elan edilmişdi.
“Milli tədris planı ilə kimya, fizika və bu kimi
fənnlər ikinci semestrdə keçirilə bilər. Yəni, əgər məktəb kimya
müəllimi qəbul edə bilmədisə, o zaman bir semestr ərzində kimya
dərsi keçirilməyəcək, əvəzində həmin dərslər gələn semestrdə əvəz
olunacaq. Heç bir saat itməyəcək” – Kənan Ömərov
deyir.
Resurs Mərkəzin rəhbəri qeyd etdi ki, müəllimsiz qalmış məktəblərin
sayı çox deyil. Yaxın günlərdə bütün müəllim vakansiyalarına görə
yenidən müsabiqə elan olunacaq.
"Marneuli" radiosu Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin
yaranmış bu vəziyyətə baxışını müəyyən etməyə çalışdı, ancaq cavab
ala bilmədik.
"Marneuli" Radiosu