Zaur Darğallının mer vəzifəsində ilk bəyannaməsi
Marneuli meri Zaur Darğallının daşınmaz əmlakı yoxdur.

Bu haqda məlumat onun mülkü ilə bağlı bəyannamədə qeyd olunub.

2019-cu ilin 11 iyun tarixində merin yayımladığı bəyannaməyə əsasən Darğallının şəxsi mülkündə yalnız 60 000 lariyə alınan Mercedes-benz şirkətinin maşını var və avtomobil 2017-ci ildə alınıb.

Keçən illərdən fərqli olaraq Darğallı əmlak bəyannaməsinə bu il həyat yoldaşı Rena Nurməmmədovanın mülkünü də daxil edib. Zaur Darğallı ictimai xidmət bürosunun bəyannaməni tam doldurmadığına görə, cərimələdiyi dövlət məmurlarından biri idi.

Nurmməmədovanın mülkündə iki torpaq sahəsi var. Marneulinin Musxelidze küçəsində yerləşən 625 kvadrat metr torpaq sahəsini o, 2016-cı ildə hədiyyə olaraq qəbul edib. Həmin küçədə isə 2018-ci ildə 15 000 lariyə 50,2 kv.m yaşayış evi alıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
Articles Not Found!