“Azərbaycan dilli universitetin olması məktəblərdə kadr çatışmazlığını aradan qaldıracaq” – GAİM-in direktoru
13:41 / 19.09.2019
Bir
neçə gündür ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasia mərkəzinin
direktoru Aygül İsayeva şəxsi “Facebook” səhfəsində payaşım edərək,
Gürcüstanda Azərbaycan dilli universitetin açılması ilə bağlı imza
topladığını qeyd etmişdi.
Bu gün isə o, Gürcüstanın Baş naziri Qiorqi Qaxaria və Azərbaycanın
Prezidenti İlham Əliyevə təşəbbüsü ilə bağlı yazılı şəkildə
müraciət edib. Aygül İsayeva “Marneuli” radiosu ilə söhbəti
zamanı Gürcüstanda azərbaycandilli ali məktəbin açılması mövzusu
ilə bağlı fikirlərini bölüşdü.
Onun sözlərinə görə, azərbaycandilli ali məktəbin olmasını
istəməyinin əsas səbəblərindən biri get-gedə Gürcüstanda
azərbaycandilli məktəblərin ləğv olunması, sayının azalmasıdır. O,
deyir ki, məktəblərdə işləmək üçün müəllimlik peşəsinə maraq
göstərən yoxdur.
“Azərbaycan dili və ədəbiyyatı fənləri, eləcə də digər fənlər üzrə
təhsil alan yoxdur. Fizika, kimya, coğrafiya fənlərini də deyən
kadrlar yoxdur. Bəzən deyirlər ki, gürcü dilində bitirən gənclər
var, amma o da arzu olunan effekti vermir. Termin sözlər var ki,
onun azərbaycan dilində də izahını vermək çətindir. Gürcü dilində
oxuyub azərbaycan dilində izah edildikdə keyfiyyət olmur. Bu
səbəblə də düşünürəm ki, azərbaycndilli universitet olmalıdır ki,
fizika, kimya, coğrafiya sahələrinə kadrlar hazırlasın”,
- Aygül İsayeva dedi.
A.İsayeva onu da qeyd etdi ki, tələbələr Gürcüstanda Azərbycan
dilində təhsil aldıqları təqdirdə eyni zamanda dövlət dilini də
öyrənmiş olacaqlar.
Onun sözlərinə görə, ərizə yazmağa maraq göstərənlərin sayı çoxdur.
Teatr sahəsinə də toxunan İsayeva bildirdi ki, hal-hazırda
teatrların vəziyyəti olduqca pisdir. O, düşünür ki, Azərbaycan
dilli universitet olduğunda həm məktəblər üçün güclü kadrlar
yetişəcək, həm teatrda ki, problemlər aradan qalxacaq, həm də
mətbuat sahəsində də irəliləyiş olacaq.
Aygül İsayeva sonda onu da əlavə etdi ki, direktoru olduğu
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya mərkəzində Azərbaycan
dili və ədəbiyyatı kursları fəaliyyət göstərir. O, deyir ki,
dəfələrlə övladlarını rus və ya gürcü sektoruna yazdıran
valideynlər olub və o, həmin valideynlərlə danışaraq onları
azərbaycan dili və ədəbiyyatı kurslarına yazılmağa
istiqamətləndirib.