Xəbərlər
Meriya fəvvarənin təmiri üçün tender elan edib
Marneulidəki yeganə fəvvarə tezliklə işə düşəcək. Aylardır ki, fəvvarədən su gəlmir və fəvvarənin üstündəki saat vaxtı düzgün göstərmir. Meriyadan bildirirlər ki, fəvvarənin su nasosu və dekorativ saatın mühərriki xarab olub.

“Bundan əlavə fəvvarədə yenidənqurma işlərinə ehtiyac var. Meriya layihə xərclərinin hazırlanmasına görə tender elan edib. Bundan sonra işlər həyata keçiriləcək”,
– Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze bildirir.

Bələdiyyə layihənin hazırlanması üçün 6000 lari dəyərində tenderi 18 sentyabrda elan edib. Arzu edən şirkətlər 27 sentyabrdan 30 sentyabradək müraciət edə bilərlər. Təkliflərin qəbulu 30 sentyabrda başa çatacaq. Seçilən şirkət işləri 45 günə tamamlamalıdır.

FaceBook Twitter Google