Marneulidə şərab festivalı (+Foto)
Marneulidə Mədəniyyət Evinin ətraf ərazisində payız əhval-ruhiyyəsi var. Tatara qaynayır, sucuqlar hazırlanır, şərab çəkilir, çörək bişirilir və ətrafda rəngarənglik hiss olunur.



Marneuli Bələdiyyəsinin yerli özünüidarəetməsinin təşkilatçılığı, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Marneulidə şərab festivalı 2019 - “Marneuli – üzüm beşiyi” keçirilir. Marneulinin meri Zaur Darğallı deyir ki, festivalın daha da rəngarəng olmasına dəstək olmalıdırlar.

“Marneuli dörd ildir ki, şərab festivalına ev sahibliyi edir. Mən hər bir Marneulili kimi qürur duyuram ki, Marneuli şərab beşiyidir və məhz bu proses Marneulidən başlayıb. Marneulinin simasında bu gün Gürcüstan şərabın vətənidir. Biz bu festivalın daha da rəngarəng olması üçün çalışırıq və gələn il “Parçalanmış təpənin” örtülməsi və muzey tikilməsini planlaşdırmışıq”, - Zaur Darğallı dedi.



Bugünkü tədbirdə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Xatia Tsilosani iştirak edirdi. O, şərab festivalının Mürneulidə keçirilməsini vacib dəyərləndirdi.

“Gürcüstan şərabın və üzümün vətənidir və Marneuli məhz qədim əcdadların aşkar etdiyi yerdir. Etiraf olunub ki, bu üzüm və müasir şərabın istehsalı üçün olduqca vacibdir. Olduqca vacibdir ki, gürcü şərabı, gürcü məhsuluyerli və beynəlxalq bazarlarda bərabər şəkildə əlçatan olsun”, - Xatia Tsilosani dedi.



Tədbirdə gürcü şərabının, balın, pendir və başqa kənd təsərrüfatı məhsullarının sərgisi-satışı təşkil olunmuşdu. Üzüm təntənəli şəkildə sıxıldı və əl əşyalarının sərgisi-satışı təşkil olundu. Gürcü cüdosu turniri baş tutdu.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print