Xəbərlər
Marneulidə baş verən insidentdə istifadə olunan silahın "Qara arx"a atıldığı güman olunur (FOTO)
Daxili İşlər Nazirliyinin əməkdaşları "Qara arx"da 10 oktyabr tarixində Marneulinin mərkəzi küçəsində baş verən silahlı insidentdə istifadə olunan silahın axtarışını aparırlar. Bu haqda məlumatı hadisə yerində olan şahidlər verdi. Onların sözlərinə görə, ötən gün baş vermiş insidentdə istifadə olunmuş silahın "Qara arx"a atıldığı güman edilir.

Xatırladaq ki, ötən günü Marneulinin mərkəzi küçəsində üç əl atəş açılıb. Atəş nəticəsində iki nəfər yaralanıb. “Geo Hospitals”-dan “Marneuli” radiosuna verilən məlumata görə, hər iki şəxs ayaq nahiyəsindən yaralanıb. Yaralılar əməliyyat olunublar və onların həyatları üçün heç bir təhlükə yoxdur.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə sağlamlığa qəsdən qismən ağır zərər vurmanı nəzərdə tutur.

Hadisə Rustaveli küçəsində, poçt yaxınlığında yerləşən çayxana ərazisində baş verib. Çayxana əməkdaşının “Marneuli” radiosuna verdiyi məlumata görə, yeddi nəfərədək kişi çayxananın qarşısında otururmuş və naməlum şəxslər onlara atəş açıblar.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər üç dəfə atəş açıblar.


Warning: Invalid argument supplied for foreach() in /home/marneulifm/public_html/templates/default/html/com_content/article/default.php on line 166
FaceBook Twitter Google