Xəbərlər
Daxili İşlər Nazirliyi Marneulidə baş vermiş yaralama faktını isti izlərlər açıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon İdarəsinin əməkdaşları aparılan operativ istintaq tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü R.A.-nı qəsdən sağlamlığa qismən ağır zərər vurma və odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanlması-daşınması ittihamı ilə Tbilisidə saxlayıblar.

Törədilmiş cinayətə görə 4 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, saxlanılan şəxs Marneulidə, Şota Rustaveli küçəsində, çayxanalardan birinin ərazisində, keçmişdə baş vermiş narazılıq əsasında odlu silahdan atəş açaraq iki nəfəri 1997-ci il təvəllüdlü İ.O. və 2000-ci il təvəllüdlü K.N.-nı yaralayıb, sonra isə hadisə yerindən qaçıb.

Hüquq mühafizəçiləri müttəhimi baş verən hadisədən bir neçə saat sonra isti izlərlə tapıblar.

Qəsdən sağlamlığa qismən ağır zərər vurma və odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi, 236-cı madəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.

Mənbə: police.ge
FaceBook Twitter Google