Xəbərlər
Marneulinin 4 məktəbində mandaturla bağlı vakansiya elan olunub
Təzəkən və Əzizkən məktəblərində bir, Sadaxlı və Keşəli ictimai məktəblərinə isə iki mandatur lazımdır. Vakansiyalar haqqında məlumat 7 oktyabrda, mandaturi.gov.ge-də elan olunub. "Marneuli" radiosu mandatur xidmətinin administrative idarəsinin rəhbəri Sopio Abulaşvili ilə danışdı və o, müsabiqənin mərhələlərindən söhbət açdı.

“İlkin mərhələdə vakansiya elan olunur və sənədlərin seçiminə başlanılır, ikinci mrəhələdə artıq xüsusi müsabiqə üçün komissiya yaradılır ki, mandatur seçilsin. Komissiyada 5 üzv olur, mdaturlarla söhbət aparılır və söhbətdən sonra fiziki hazırlıq qiymətləndirilir. Qeyd olunan mərhələni uğurla keçdikdən sonra namizəd hazırlıq kursuna göndərilir. Kurs iki aylıqdır və DİN-nin Akademiyası keçir. Kursun uğurla başa vurduqda namizədin mandatur olaraq təyin olunması baş verir”,
- Sopio Abulaşvili deyir.

İndiki mərhələdə Marneuli miqyasında 11 ictimai məktəbdə 23 mandatur var. Mandatur xidmətindən bildirirlər ki, Saimerlo və Sereteli məktəbləri üçün artıq iki yeni namizəd seçilib və hazırlıq kursu keçirlər. Kursu uğurla başa vurduqları halda onlar mandatur olaraq təyin olunacaqlar.

FaceBook Twitter Google