Xəbərlər
Algetinin içməli suyun xəttinin dəyişdirilməsinə ehtiyac var - Zaur Darğallı
"Algeti kəndinə verilən içməli suyun xəttinin dəyişdirilməsinə ehtiyac var və artıq o işlərə başlamağı da düşünürük", – bu barədə Marneuli meri Zaur Darğallı dedi. Onun sözlərinə görə, onlar indiki mərhələdə "Rustavi Su" MMC-dən icarəyə götürdükləri 13 kilometrlik içməli su xətti olan magistral boru xəttinin tamamən dəyişdirilməsi layihəsi üzərində işləyirlər.

Z. Darğallının dediyinə görə, magistral xətlər dəyişdirildikdən sonra Algetinin də daxil olduğu 9 kəndə əhaliyə təmiz su veriləcək.

Darğallı onu da əlavə etdi ki, hər il mərhələli şəkildə Marneulinin digər kəndlərində daxili şəbəkələrin yenidən qurulması işləri həyata keçirilir və bu işlərin növbəti illərdə də davam etdirilməsini planlaşdırırlar.

FaceBook Twitter Google