Melorasiya Xidməti "Qara Arx"ın təmizlənməsini 21 oktyabrda planlaşdırır (VİDEO)
“Qara arx “ adlanan su kanalının Marneuli
şəhəri Jordaniya küçəsi ərazisindən keçən hissəsində anti-sanitar
vəziyyəti açıq-aydın görmək mümkündür.
Jordaniya küçəsində ilk olaraq su kanalının
ətrafına səpələnmiş eləcə də kanalın daxilində olan məişət
tullantılarını görmək olur.
Marneulinin digər küçələrindən də sakinlər tərəfindən kanala atılan
zibil yığılaraq xoşagəlməz görüntü və üfunətli qoxunun yaranmasına
səbəb olur. Bu vəziyyət xüsusən də azyaşlı uşaqlarda xəstəliyin
yaranması üçün təhlükə mənbəyidir.
“Qara arx” da yaranan anti-sanitar görüntünün aradan
qaldırlıb-qaldırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirmək
üçün Gürcüstan Melorasiya xidməti ilə əlaqə saxladıq.
“Gürcüstan Melorasiyasının” Kvemo Kartli üzrə Regional Xidmətinin
rəhbəri Davit Kikolaşvili "Marneuli" radiosu ilə söhbət söhbəti
zamanı qeyd etdi ki, konkret problem haqda onların məlumatları
yoxdur. Amma arxların təmizlənməsi isə əhalinin müraciəti əsasında
olur.
“Biz əhali məktublar müraciət edən kimi davamlı olaraq
reaksiya göstəririk. Bu konkret halla bağlı əlavə müraciətə ehtiyac
yoxdur, çünki artıq problem haqqında məlumat aldıq. Bu gün həmin
yer nəzərdən keçiriləcək, dəyərləndiriləcək ki, hansı səviyyədə
işlər aparılmalı olduğu müəyyənləşdirilsin”, - Davit
Kikolaşvili dedi.
Davit Kikolaşvilinin sözlərinə görə kanal bazar ertəsi günü
təmizlənəcək.