Elvin Tağıyev Gürcüstan Parlamentindəki təcrübə proqramının gənclərlə iş üzrə komitəsinə yeni sədr seçilib
Gürcüstan Parlamentindəki təcrübə proqramının gənclərlə iş üzrə komitəsinə yeni sədr seçilib.

Komitənin yeni sədri Elvin Tağıyev artıq iki ildir ki, təcrübə proqramında fəal şəkildə iştirak edirdi.
Yerli özünüidarəetmə və Regional siyasi komitədə yer alan E.Tağıyevin sözlərinə görə, həmin komitədə 1 semestr ərzində təcrübə qazanıb və 2-ci semestrin əvvəlində hüquq komitəsi tərəfindən sədrliyə dəvət alıb. Aldığı təklifi dəyərləndirən Tağıyev 2-ci semestrin əvvəllərindən etibarən hüquq komitəsinin sədri olaraq fəaliyyət göstərməyə başlayıb.

"Daha əvvəl 1 semestr ərzində həmin komitədə sektor sədri oldum və mənim sektorum ən böyük sektorlardan biri idi. 80-ə yaxın tələbəyə rəhbərlik edirdim. Bu fəaliyyətimi uğurla başa vurduqdan sonra 2-ci ildə Gürcüstan tələbə parlamenti tərəfindən fəxri dəvət aldım və onlar təklif etdilər ki, sektor iqtisadiyyatı və iqtisadi siyasət komitəsində sədr olum. Təbii ki, bu təklif maraqlı idi və mənim üçün sevindirici hal oldu, bu səbəblə də təklifi qəbul etdim", – Elvin Tağıyev dedi.

O, təcrübə proqramının gənclər üçün faydalı olduğunu və gələcək iş həyatlarında bir sıra uğur qazandıracağını bildirdi.

"Bu proqrama Gürcüstanda təhsil alan yüzlərlə, minlərlə gürcü və eləcə də azərbaycanlı, erməni tələbələr qatılır. Əlbəttə ki, faydalı tərəfləri çoxdur, tələbələr proqram müddətində yeni-yeni təcrübələr toplayır, tanınmış dövlət adamları ilə görüşlər keçirilir. Komitə iclaslarında görüşlər təşkil olunur. Bütün bunlar tələbələrin gələcək iş həyatında da olduqca faydalı olacaq", –
Elvin Tağıyev dedi.

Gürcüstan Dövlət Texniki universitetinin Sosial Elmlər fakültəsinin "İctimai Əlaqələr" bölümü üzrə 4-cü kurs tələbəsi olan E.Tağıyevin sözlərinə görə, gələcəkdə gənclərlə birlikdə çalışmağı planlaşdırır. O, təhsil aldığı müddət ərzində də bir sıra layihələrdə yer alıb, həmçinin Avropa təşkilatının biznes layihələrində də gənclərlə birlikdə çalışıb. Tağıyev deyir ki, gənclərin qarşısında bir çox problemlər var ki, bu problemləri birbaşa gənclərlə çalışaraq həll etmək lazımdır və bunun üçün o, gələcəkdə Gənclər təşkilatı yaratmağı düşünür.

Xatırladaq ki, Gürcüstan Parlamentində Təcrübə Proqramı 2012-ci ildən fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google