Marneuli meriyası bu il 5 yeni avtobus almağı planlaşdırır

Marneuli meriyası 2020-ci ildə 5 yeni avtobus almağı planlaşdırır. Bu haqda məlumatı bu gün Zaur Darğallı sosial proqramların təqdimatında bildirib.

Vətəndaş nəqliyyat problemi haqqında sual verərkən mer bu məlumatı qeyd edib. Zaur Darğallı etiraf edib ki, beş avtobus almaq problemin həllinə kömək etməyəcək, ancaq vəziyyəti yüngülləşdirəcək.

“Təbii ki, beş avtobus yetərli deyil, ancaq bu bizim başladığımız vacib prosesdir. Beş avtobus şəhərdə problemi həll edəcək və bizim kəndlər istiqamətində də müəyyən yerlərdə olan problemləri həll etmək imkanımız olacaq, amma bu proses davam edəcək. Biz mərkəzi hakimiyyətdən də dəstək gözləyirik, ancaq istəyirik ki, hər il 5 avtobus alaq ki, bir-iki ilə Marneuli bələdiyyəsində bu problem həll olsun”, – Zaur Darğallı deyib.

Qeyd edək ki, Marneuli və ətraf kəndlərə iki şirkət – “Ekspress turist” MMC və “Avtopark” MMC xidmət göstərir. Demək olar ki, nəqliyyat vasitələrinin əksəriyyəti köhnəlib.

 

Print Email
FaceBook Twitter Google