Kürtlər kəndində tikilən yeni parkın dəmir hasarlarının yalnız bir hissəsi bərpa olunub (FOTO)
Kürtlər kəndində iki oturacaqdan ibarət olan parkın qurulması işləri həyata keçirilib. Parkın qurulması işlərini həyata keçirən fərdi sahibkar dəmir hasarları da yenisi ilə əvəz edib. Yol kənarına yaxın olan dəmir hasarların yalnız bir hissəsi bərpa olunub. Digər tərəfdə yerləşən dəmir hasarlar isə sökülərək tut ağacına söykədilib. Hasarın sökülməsi kənd sakinlərinin narazıçılığına səbəb olub. Onlar parkın yenidən qurulması işlərini həyata keçirən adiyyatı orqanlardan sökülən dəmir hasarları bərpa etmələrini tələb edirlər.



Kürtlər ərazi vahidliyinin nümayəndəsi Bəxtiyar Hüryənov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, smeta sənədlərində kənddə tikilən parkın dəmir hasarlarının yenidən qurulması nəzərdə tutulmayıb. O, həmçinin bildirdi ki, 5 fevral tarixində kəndə dəstək proqramı çərçivəsində Kürtlər kəndində əhali ilə görüş keçirilib. Həmin görüşdə problemlə bağlı Marneuli meri Zaur Darğallıya məlumat verilib. Mer isə yaxın zamanlarda dəmir hasarların bərpa olunmasına söz verib.



Qeyd edək ki, meriya Kürtlər kəndində parkın qurulması işlərinə 11 787 lari xərcləyib. Tenderdə fərdi istehsalçı Qulver Şubitidze qalib gəlib. O, parkın qurulmasını 30 gür ərzində tamamlayıb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google