Marneulidə əsrdən çoxdur ki, suyu olmayan kənddə bu il də su olmayacaq (FOTO)
Xutor-Lejbəddin sakinləri hər gün amortizasiya olunmuş yollarla su qablarında Alget çayının sahilində yerləşən bulaqdan içmək üçün su daşıyırlar. Sakinlər araba ilə içməli suyu evə aparmaq üçün kilometrlərlə yol qət etməli olurlar. Kənd Marneulidən təqribən 25 km məsafədə yerləşir. Amma kənddə normal infrastruktur, içməli su və yol yoxdur.

Xutor-Lejbəddin kəndi əsrdən çoxdur ki, mövcuddur. Ancaq bu kənddə bu günə qədər evlərə içməli su xətti çəkilməyib. Kənd sakinləri içməli su ehtiyacını bulaqlardan və qonşu kəndlərdən su gətirməklə qarşılayırlar.

Sakinlərin sözlərinə görə, gün ərzində içmək üçün 20-30 litir su daşıyırlar. Onlar digər ehtiyaclarını qarşılamaq üçün su quyularından istifadə edirlər. Sakinlər su quyularından çıxan suyun içmək üçün yararsız olduğunu deyirlər.



Xutor-Lejbəddini kəndinin sakinləri onların kəndində də kəndə dəstək proqramı çərçivəsində görüş keçirildiyini deyirlər. Onlar görüş zamanı əsasən içməli su, yol və küçə işıqları kimi problemləri səsləndiriblər. Görüş zamanı kənddə küçə işıqlarının qurulması qərarı verilib.



Marneuli meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu il Xutor-Lejbəddin kəndində içməli su ilə bağlı planları yoxdu. Amma növbəti illərdə kənd içməli su ilə təmin olunacaq və onlar bu məsələ üzərində fəal şəkildə çalışırlar.

Mer onu da əlavə etdi ki, bu il əhalinin tələbi əsasında Xutor-Lejbəddini kəndinə yeni yol xətti çəkiləcək.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print