Xaricdə təqaüdlü təhsil almaq üçün Mareulidə görüş keçiriləcək
22 fevral tarixində, saat 16:00-da Marneulidə, “Çay Evi”-də “Rhazes Global” beynalxalq konsultasiya şirkətinin təşkilatçılığı, "İnkşaf və Təhsil mərkəzi"-nin dəstəyi ilə, xaricdə təqaüdlü təhsil imkanları haqqında təqdimat baş tutacaq.

Tədbir zamanı “Rhazes Global”-ın Gürcüstandakı ofisinin direktoru Şahsuvar Hacızadə iştirakçılara xarici ölkələrdə, İtaliya və Çində bakalavr, magistratura və doktoranatura üzrə təqaüdlü təhsil almaq imkanları ilə bağlı məlumat verəcək.

Tədbirin əsas məqsədi Marneulidə olan gəncləri maarifləndirməkdən ibarətdir. Görüşdə iştirak etmək sərbəstdir.

Xaricdə təqaüdlü təhsil almaq istəyən şəxslər üçün ərizə qəbulu mart ayının 21-ə qədər davam edəcək.

Qeyd edək ki, "Rhazes Global" beynəlxalq konsultasiya şirkəti Gürcüstan da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir.


Print Email
FaceBook Twitter Google