"Beynəlxalq Ana Dili Günü" ilə bağlı Marneulidə tədbir keçiriləcək
21 fevral tarixində, saat 15:00 -da Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə tədbir keçiriləcək.

GAİM-in icraçı direktoru Aygül İsayeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tədbir zamanı GAİM-in şagirdləri Azərbaycanın dahi şairlərinin şeirlərini səsləndirəcəklər. İsayeva onu da qeyd etdi ki, tədbirdə Marneulidən olan gənc muğam ifaçıları öz ifalarını təqdim edəcəklər.

“Tədbirə bir sıra ziyalıları dəvət etmişik. Tədbirin keçirilməsinin əsas məqsədi dilimizin qorunması, saxlanılmasıdır. Etnik azlıq olaraq dilimizi qorumağı bacarmalıyıq”, – Aygül İsayeva dedi.

Qeyd edək ki, tədbirdə dəvətlilərlə birlikdə maraqlanan şəxslər də iştirak edə bilərlər.

Xatırladaq ki, 1999-cu ildə UNESCO tərəfindən fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü qəbul edilib.

Print Email
FaceBook Twitter Google