Kəndə dəstək proqramı ilə Xixanidə artıq park tikiləcək
19 fevral tarixində Marneuli bələdiyyəsinin Xixani kəndində kəndə dəstək proqramı çərçivəsində təkrar görüş keçirilib. Kənd yığıncağında 101 imza toplanıb və bu toplantının keçirilməsi üçün yetərlidir.

Əhali kənddə parkın və attraksionların qurulmasını dəstəkləyib. Bu qərara Xixani sakinləri bir neçə görüşdən sonra gəliblər.

Xixani əhalisi kəndə dəstək proqramında bir neçə təklif irəli sürüblərmiş. Kitabxana, idman meydançasının bərpası, qapalı zal və kəndin küçələrindən birində içməli su borusunun dəyişdirilməsi – bunlar Xixani sakinlərinin gündəliyə çıxardıqları məsələlərdir.

“Bu problemi həll etmək əhali üçün çox çətin oldu. Ancaq razılığa gəldilər və kəndin idman meydançasının ərazisində park salınması planlaşdırılır”, - Xixani sakini Nana Qabaidze bildirib.

Baxmayaraq ki, kəndə dəstək proqramı ilə Xixani sakinləri idman meydançasının tikilməsini dəstəkləməyiblər, yerli özünüidarəetmə kənddə mini meydançanı yenə də tikəcək. Mini meydançanın tikilməsi ideyasının müəlliflərindən biri Nana Qabaidze deyir ki, o, meriyadan yazılı təsdiq alıb ki, 2020-ci ildə Xixanidə idman meydanı tikəcəklər.

İçməli su borularının dəyişdirilməsinə gəldikdə isə Xixani sakinləri problemin həll olunması ilə bağlı kənd toplantısında vəd alıblar. Su Təchizatı şirkətinin nümayəndələri əhaliyə söz veriblər ki, problemi aprelin sonuna qədər həll edəcəklər.


Lela Maxarace
Print Email
FaceBook Twitter Google