Kirəç Muğanlı kəndində içməli su layihəsi mart ayının əvvəllərində başa çatacaq
Kirəç Muğanlı kəndində 2018-ci ilin oktyabr ayında içməli su layihəsinin başlanılmasına baxmayaraq hələ ki işlər tamamlanmayıb.
Daha əvvəl işlərin 2019-cu ilin may ayında tamamlanacağı deyilsə də, işlər hələ də davam edir.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna verilən məlumata görə, mart ayının əvvəllərində işlər başa çatacaq və sakinlər içməli suyu yenilənmiş borulardan əldə edəcəklər. İşlər bitdikdən sonra kənd “Marneuli Kənd Suları” (“Soptskali”) MMC-nin balansına keçəcək.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Kirəç Muğanlı kəndində içməli su borularının çəkilməsi üçün regional və yerli büdcədən 704 min 787 lari ayrılaraq tender elan olunmuşdu.

Layihə çərçivəsində 420 tonluq anbar tikilərək hər bir evə içməli su çəkiləcəyi nəzərdə tutulub.

Xatırladaq ki, Kirəç Muğanlı kəndinin sakinlərini illərdir ki, içməli su problemi narahat edirdi.

Buna qədər kəndin yalnız bir hissəsində içməli su üçün bulaq tikilmişdi və sakinlər içməli su tələbatını həmin bulaq vasitəsi ilə ödəyirdilər.

Print Email
FaceBook Twitter Google