Xuldərə kəndində qadınların işləməsi üçün "Lavaş evi"-nin açılışı olub - FOTO
21
fevral tarixində, Xuldərə kəndində “Lavaş evi”-nin açılışı
olub
Yeni Düşüncə İnstutu, Taso fondu və Kaxeti inkişaf fondunun dəstəyi
ilə Xuldərə və Mollaoğlu kəndlərində qadınlardan ibarət təşəbbüs
qrupu yaradıb. Layihə çərçivəsində qadınlar təhsil almaq, işləmək
imkanı qazanıblar.
Layihədə yer alan qadınlara xüsusi müəllimlər tərəfindən vətəndaş
təhsili və eləcə də Maliyyə Nazirliyində 8 günlük biznesin necə
qurulması və idarə edilməsi ilə bağlı təlimlər keçirilib. Təlimlər
bitdikdə sertifikatlarla təltif olunan qadınlar layihə çərçivəsində
kənddə “Lavaş evi”, “Şirniyyat evi” və “Gözəllik salonu”-nun
açılmasını istəyiblər.
“3-4 qadın birləşərək qərar verirdilər və bacaracaqları
işləri seçirdilər. Biz də onların istəkləri doğrultusunda təşkilata
3 layihə yazıb göndərdik. Yazdığımız layihənin 3-də təşkilat
tərəfindən maddi dəstək olundu. Beləliklə layihə çərçivəsində
qadınlara lazım olan bütün texnoloji avadanlıqları
aldıq”, – Yeni Düşüncə İnstutunun rəhbəri Kamran
Əfəndiyev dedi.
K.Əfəndiyevin sözlərinə görə, artıq 3 aydır ki Lavaş evi, Şirniyyat
evi və Gözəllik salonu fəaliyyət göstərir. O, deyir ki, Xuldərədə
Lavaş evinin açılışını ediblər və yaxın günlərdə Mollaoğlu kəndində
yerləşən Şirniyyat evi və Sadaxlıda yerləşən Gözəllik salonunun da
açılışı baş tutacaq.
Layihə çərçivəsində hər kənddən 5 nəfər olmaqla Xuldərə, Mollaoğlu
və Sadaxlıdan olan evdar qadınlar işlə təmin edilərək öz kiçik
bizneslərini yaratmağa nail olublar.
“Hamısı birlikdə 15 nəfər qadını işlə təmin etmişik. Qadınlardan
biri, Kəmalə Nəsibova Marneulidə yerləşən kollecdə 1 il ödənişsiz
şəkildə təhsil almaq imkanı qazandı. O, hal-hazırda həm işləyir həm
də pulsuz təhsil alır”, – Kamran Əfəndiyev dedi.
Kamran Əfəndiyev onu da qeyd etdi ki, Yeni Düşüncə İnstutu yalnız
şagirdlərə deyil eyni zamanda kənd sakinlərinə də xidmət göstərir.
O, ev qadınlarının bacarıqlarından istifadə edərək öz işlərini
qurmasından danışdı və bildirdi ki, bu 2019-cu ilə olan layihənin
nəticəsidir və 2020-ci il üçün qadınlardan ibarət yeni təşəbbüs
qrupu yaradaraq işlə təmin etməyə çalışacaqlar.