Marneuli merinin gənclərlə iş üzrə məsləhətçisi Adil Əliyev, 26
fevral tarixində Qasımlı kəndində gənclərlə görüş keçirəcək.
Görüşlə bağlı o, facebookda gənclər üçün nəzərdə tutulmuş qrupda
paylaşım edib. Baş tutacaq görüşdə A.Əliyev gənclərə “Gənclər
layihəsi 2020” ilə bağlı məlumat verəcək.
O, paylaşımda qeyd edib ki, “Gənclər layihəsi 2020”-nin əsas
məqsədi gəncləri məlumatlandırmaq və onların inkişafı üçün birlikdə
tədbirlər keçirməkdir.
Məsələ ilə bağlı Adil Əliyevlə əlaqə saxlamağa çalışdıq. Lakin o,
“Marneuli” radiosu ilə əməkdaşlıq etmədiyini bildirdi və görüşlə
bağlı ətraflı məlumat üçün PR şöbəsi ilə əlaqə saxlamağımızı
məsləhət gördü.