“Marneuli” radiosu ilə əməkdaşlıq etmədiyini deyən Adil Əliyev görüşlə bağlı məlumat vermədi
Marneuli merinin gənclərlə iş üzrə məsləhətçisi Adil Əliyev, 26 fevral tarixində Qasımlı kəndində gənclərlə görüş keçirəcək.

Görüşlə bağlı o, facebookda gənclər üçün nəzərdə tutulmuş qrupda paylaşım edib. Baş tutacaq görüşdə A.Əliyev gənclərə “Gənclər layihəsi 2020” ilə bağlı məlumat verəcək.

O, paylaşımda qeyd edib ki, “Gənclər layihəsi 2020”-nin əsas məqsədi gəncləri məlumatlandırmaq və onların inkişafı üçün birlikdə tədbirlər keçirməkdir.

Məsələ ilə bağlı Adil Əliyevlə əlaqə saxlamağa çalışdıq. Lakin o, “Marneuli” radiosu ilə əməkdaşlıq etmədiyini bildirdi və görüşlə bağlı ətraflı məlumat üçün PR şöbəsi ilə əlaqə saxlamağımızı məsləhət gördü.
"Marneuli" Radiosu
Print