Marneulidə yerləşən 33 350 larilik bina 5 ildir ki, fəaliyyət göstərmir
Marneuli bələdiyyəsinin İctimai Kitabxanasının ətraf ərazisində yerləşən 33 350 larilik bina artıq beş ildir ki, tikilib.

Layihəyə əsasən ora gənclər üçün nəzərdə tutulmuş kafe olmalı idi, ancaq tikintidən 1 il sonra kafe fəaliyyət göstərmədi.

Tikili kiçikdir, şəffafdır və ətrafında şüşələr var. Onun tikintisi 2016-cı ilin 31 oktyabr tarixində başa çatıb, işlər üçün yerli büdcədən 33 350 lari xərclənib.

Merab Topçişvilinin icra başçılığı və Temur Abazovun merliyi dövründə də bina fəaliyyət göstərmədi. Yeni mer Zaur Darğallının da binanın konkret olaraq hansı funksiyanı yerinə yetirdiyi ilə bağlı cavabı yoxdur.

“Bununla bağlı hələ ki, heç bir planımız yoxdur. Düşünürdük ki, meriyaya köməkçi bina olsun, amma hələ dəqiqləşməyib”, – Zaur Darğallı deyir.

“Marneuli” radiosu 2018-ci ildə yerli əhalinin bu haqda nə düşündüyü ilə maraqlanıb və boş binaya hansı funksiya verilə biləcəyini müəyyən etməyə çalışmışdı. Tikili ilə bağlı müxtəlif fikirlər səslənir və əhalinin bir hissəsi düşünür ki, müxtəlif fəallıqlar həyata keçirmək üçün istifadə olunsun, bəzisi isə deyir ki, kiçikdir və heç nəyə yaramır.



Print Email
FaceBook Twitter Google