Marneuli Gender Bərabərliyi Şurasına 30 000 lari ayrılıb

24 fevral tarixində, Marneuli bələdiyyəsinin Gender Bərabərliyi Şurasının ilk görüşü baş tutub, lakin mətbuata görüşlə bağlı məlumat Bələdiyyə Məclisinin facebook səhifəsində şura görüşünü təsvir edən fotolar yerləşdirildikdən sonra məlum olub.


Qeyd ediblər ki, görüşdə 2020-ci ilin fəaliyyət planı da müzakirə olunub.

“Marneuli” radiosu ilə söhbəti zamanı Bələdiyyə Məclisinin İctimaiyyətlə, QHT, Mətbuatla Əlaqələr və Gender Şöbəsinin rəhbəri İa Esebua bildirdi ki, iclas mətbuat üçün qapalı olub çünki görüş işgüzar xarakter daşıyırmış.

“Bizim üçün radio və televiziyanın olması çox yaxşıdır, sadəcə işgüzar görüş olduğuna görə üzvlərə məlumat vermək istəyirdik ki, bizim şuraya daxil olacaqlar və nə etməlidirlər, yalnız ona görə üzv olmayacaqlar ki, şura üzvü adını daşısınlar. Çox böyük planlarımız var, məbləğ də ayrılıb. Bu adamlar maksimum dərəcədə bərabər şəkildə qoşulmalıdırlar”, – İa Esebua dedi.

Esebuanın sözlərinə görə, hazırda şuranın cəmi 24 üzvü var ancaq bir hissəsi şuradan getmək digər hissəsi üzv olmaq istəyir.

“Elə adamlar var ki, şuradan çıxa bilər və hazırda dörd ərizə daxil olub əlavə adam daxil olacaq. Bundan ikisi meriyanın ikisi Bələdiyyə Məclisinin əməkdaşlarıdır”.

İa Esebua bildirir ki, güman ki, iki həftə ərzində açıq iclas olacaq və üzvlər 2020-ci ilin fəaliyyət planını yazacaqlar.

Gender Bərabərliyi Şurası Marneuli bələdiyyəsində artıq üçüncü ildir ki, fəaliyyət göstərir. Büdcədən istifadə etmək hüququ isə 2018-ci ildə verilib və özünüidarəetmə şuraya 12 000 lari ayırıb. İndi isə bu məbləğ daha da artıb və 30 000 lari təşkil edir. İa Esebuanın sözlərinə görə, bu məbləğin 15 000 larisi bələdiyyədə məlumatlandırmanın daha da artırılmasına sərf olunacaq.

 

Print Email
FaceBook Twitter Google