Sovetləşdirmə niyə Marneulinin Şulaveri kəndindən başladı
Bu gün, 25 fevraldır, Gürcüstanın Sovetləşdirildiyi günüdür. 99 il əvvəl məhz bu gün Gürcüstan Demorkatik Respublikası Rusiya tərəfindən işğal olunub və Gürcüstanda Sovet hakimiyyət elan edilib.

Gürcüstanın sovetləşdrilməsi haqqında məlumat çoxdur, amma Gürcüstanın “qırmızılanmasını” Marneulidən, Şulaveri kəndindən başlanmasını çox az adam bilir.

1921-ci ilin 16 fevral tarixində Şulaveridə (indiki Şaumiani) “Gürcüstanın İnqilab Komitəsi (“Revkom”) yaradılıb və ona Gürcüstanın “Əməkdar üsyançıları” rəhbərlik etməli idi.

Baxmayaraq ki, Gürcüstanın sovetləşdirilməsi məhz Şulaveridən başladı, "Marneuli" radiosu kənddə bu tarixi faktla bağlı məlumatı olan adam tapmaqda çətinlik çəkdi.

შაუმიანი

Şaumiani gəncləri bizimlə söhbət zamanı danışmaqdan çəkinirlər və deyirlər ki, kəndin tarixi haqda qocalarla söhbət edək.

67 yaşlı Ruslan Abramian Şulaverinin inqilab komitəsi haqqında yaşlı bir kişidən eşidib. Əvvəl inanmayıb ki, Gürcüstanın sovetləşdirilməsi Şulaveridən başlayıb.

“Təəsüf ki, o kitabın adını unutmuşam, amma yaxşı yadımdadır gözlərimlə gördüm ki, erməni dilində yazılmışdı sovet hakimiyyəti bütün Gürcüstanda ilk dəfə Şulaveridə elan olunub”, - Ruslan Abramian deyib.

Bizim sorğu apardığımız Şaumiani sakinləri “Şulaveri komitəsinin” hansı binada əsasının qoyulduğunu bilmirlər. Yerlilər deyirlər ki, Komitə güman ki, keçmiş kilsə binasında ya 1 saylı ictimai məktəbin binasında yerləşərdi.

ეკლესიის ყოფილი შენობა სოფელ შაუმიანში

შაუმიანის N1 სკოლის შენობა


"Marneuli" radiosu ilə söhbətində tarixçi İrakli Xvadaqiani deyir ki, Gürcüstanda ilk revkomun Şulaveridə yaradılması sovet Rusiyası tərəfindən Gürcüstanın Cənubunu ələ keçirmək məqsədi daşıyırdı, çünki keçmiş Lore ərazisi Şulaverini tutmaqla Sovet Rusiyasının nəzarəti altına keçəcəkdi.

“Burada ən böyük ərazi, platstarm yaradıldı ki, ona aqressor nəzarət edirdi və müvafiq olaraq burada rəsmi şəkdildə “revkom” təsis edildi. Real sübutlar da yoxdur ki, “revkom” nə edirdi, yəni bu işğal prosesinin rəsmi hissəsidir. “Revkom”elə bir orqandır ki, hakimiyyətə etiraz bildirmək, Sovet Rusiyasına aqresiyasını bildirmək üçün bu lazım idi. Çünki məlumat müharibəsində onun mesajı , - İrakli Xvadaqiani deyir.

1921-ci ilin 16 fevral tarixində “Revkom” “üsyan etmiş” fəhlə və kəndlilərə yardım tələbi ilə Qırmızı Orduya müraciət edib. Qırmızı ordu rəsmi olaraq bu tələbdən sonra Gürcüstana daxil olur, həqiqətdə isə bu yalnız saxta tələb idi ki, Sovet Rusiyası məlumat müharibəsində də qalib gəldi.

Sovet ordusunun Gürcüstana silahlə hücumu 11 fevral tarixindən başladı. Qarşıdurmaya diversiya təyinatlıları qoşulmuşdu və onlara Rusiya hakimiyyəti himayədarlıq edirdi.

18 fevral tarixində Tbilisidə də mübarizə başladı, 25 fevral tarixində is Gürcüstanı Rusiya Sovet Ordusu zəbt etdi.

Şulaveri sakinləri də inanmırlar ki, 99 il əvvəl yerlilə Qırmızı Orduya özləri yardım üçün müraciət ediblər.



“Əsasən bu güc tətbiq etməklə olub. Təsəvvür edin indi burada yaxşı adamlar yaşayır, qanuna tabedirlər və birdən 100 silahlı əsgər gəlsə və desə ki, bu binada bu bayraq deyil başqası olmalıdır, nə edə bilərik? Heç nə, məcbur tabe olacağıq, o zaman da məhz belə idi. Xalqı məcbur ediblər ki, onlara tabe olsunlar”, - Şaumiani sakini Ruslan Abramiani deyir.

Şulaveridə rəsmi olaraq başlayan "sovetləşdirilməsi" real olaraq Gürcüstanın tam işğalı isə 1921-ci ilin 12 mart tarixində başa çatıb. Müxtəlif mənbələrə əsasən 11-ci ordunun tərkibi Tbilisini qoruyanların sayından dörd dəfə çox idi. Buna baxmayaraq Gürcüstan Demomratik Respublikasının ordusu faktiki olaraq bir ay ərzində işğalçılarla mübarizə aparırdı. Gürcüstan hökuməti emiqrasiyaya kapitulyasiya sənədini imzalamadan gedib. Revkom işğalı daxili "Şulaveri" çevrilişi olaraq rəsmiləşdirə bilməyib, amma tarixin inkişad oxunu tam 70 ilik çevirib.
Print Email
FaceBook Twitter Google