Sovetləşdirmə niyə Marneulinin Şulaveri kəndindən başladı
14:50 / 25.02.2020
Bu gün, 25 fevraldır,
Gürcüstanın Sovetləşdirildiyi günüdür.
99 il əvvəl məhz bu
gün Gürcüstan Demorkatik Respublikası Rusiya tərəfindən işğal
olunub və Gürcüstanda Sovet hakimiyyət elan edilib.
Gürcüstanın sovetləşdrilməsi haqqında məlumat çoxdur, amma
Gürcüstanın “qırmızılanmasını” Marneulidən, Şulaveri kəndindən
başlanmasını çox az adam bilir.
1921-ci ilin 16 fevral tarixində Şulaveridə (indiki Şaumiani)
“Gürcüstanın İnqilab Komitəsi (“Revkom”) yaradılıb və ona
Gürcüstanın “Əməkdar üsyançıları” rəhbərlik etməli idi.
Baxmayaraq ki, Gürcüstanın sovetləşdirilməsi məhz Şulaveridən
başladı, "Marneuli" radiosu kənddə bu tarixi faktla bağlı məlumatı
olan adam tapmaqda çətinlik çəkdi.
Şaumiani gəncləri bizimlə söhbət zamanı danışmaqdan çəkinirlər və
deyirlər ki, kəndin tarixi haqda qocalarla söhbət edək.
67 yaşlı Ruslan Abramian Şulaverinin inqilab komitəsi haqqında
yaşlı bir kişidən eşidib. Əvvəl inanmayıb ki, Gürcüstanın
sovetləşdirilməsi Şulaveridən başlayıb.
“Təəsüf ki, o kitabın adını unutmuşam, amma yaxşı
yadımdadır gözlərimlə gördüm ki, erməni dilində yazılmışdı sovet
hakimiyyəti bütün Gürcüstanda ilk dəfə Şulaveridə elan
olunub”, - Ruslan Abramian deyib.
Bizim sorğu apardığımız Şaumiani sakinləri “Şulaveri komitəsinin”
hansı binada əsasının qoyulduğunu bilmirlər. Yerlilər deyirlər ki,
Komitə güman ki, keçmiş kilsə binasında ya 1 saylı ictimai məktəbin
binasında yerləşərdi.
"Marneuli" radiosu ilə söhbətində tarixçi İrakli Xvadaqiani deyir
ki, Gürcüstanda ilk revkomun Şulaveridə yaradılması sovet Rusiyası
tərəfindən Gürcüstanın Cənubunu ələ keçirmək məqsədi daşıyırdı,
çünki keçmiş Lore ərazisi Şulaverini tutmaqla Sovet Rusiyasının
nəzarəti altına keçəcəkdi.
“Burada ən böyük ərazi, platstarm yaradıldı ki, ona
aqressor nəzarət edirdi və müvafiq olaraq burada rəsmi şəkdildə
“revkom” təsis edildi. Real sübutlar da yoxdur ki, “revkom” nə
edirdi, yəni bu işğal prosesinin rəsmi hissəsidir. “Revkom”elə bir
orqandır ki, hakimiyyətə etiraz bildirmək, Sovet Rusiyasına
aqresiyasını bildirmək üçün bu lazım idi. Çünki məlumat
müharibəsində onun mesajı , - İrakli Xvadaqiani
deyir.
1921-ci ilin 16 fevral tarixində “Revkom” “üsyan etmiş” fəhlə və
kəndlilərə yardım tələbi ilə Qırmızı Orduya müraciət edib. Qırmızı
ordu rəsmi olaraq bu tələbdən sonra Gürcüstana daxil olur,
həqiqətdə isə bu yalnız saxta tələb idi ki, Sovet Rusiyası məlumat
müharibəsində də qalib gəldi.
Sovet ordusunun Gürcüstana silahlə hücumu 11 fevral tarixindən
başladı. Qarşıdurmaya diversiya təyinatlıları qoşulmuşdu və onlara
Rusiya hakimiyyəti himayədarlıq edirdi.
18 fevral tarixində Tbilisidə də mübarizə başladı, 25 fevral
tarixində is Gürcüstanı Rusiya Sovet Ordusu zəbt etdi.
Şulaveri sakinləri də inanmırlar ki, 99 il əvvəl yerlilə Qırmızı
Orduya özləri yardım üçün müraciət ediblər.
“Əsasən bu güc tətbiq etməklə olub. Təsəvvür edin indi
burada yaxşı adamlar yaşayır, qanuna tabedirlər və birdən 100
silahlı əsgər gəlsə və desə ki, bu binada bu bayraq deyil başqası
olmalıdır, nə edə bilərik? Heç nə, məcbur tabe olacağıq, o zaman da
məhz belə idi. Xalqı məcbur ediblər ki, onlara tabe
olsunlar”, - Şaumiani sakini Ruslan Abramiani
deyir.
Şulaveridə rəsmi olaraq başlayan "sovetləşdirilməsi" real olaraq
Gürcüstanın tam işğalı isə 1921-ci ilin 12 mart tarixində başa
çatıb. Müxtəlif mənbələrə əsasən 11-ci ordunun tərkibi Tbilisini
qoruyanların sayından dörd dəfə çox idi. Buna baxmayaraq Gürcüstan
Demomratik Respublikasının ordusu faktiki olaraq bir ay ərzində
işğalçılarla mübarizə aparırdı. Gürcüstan hökuməti emiqrasiyaya
kapitulyasiya sənədini imzalamadan gedib. Revkom işğalı daxili
"Şulaveri" çevrilişi olaraq rəsmiləşdirə bilməyib, amma tarixin
inkişad oxunu tam 70 ilik çevirib.