"Era" teatrının aktyorları "Xocalı soyqırımı" ilə bağlı video çəkdilər - VİDEO
"Era" teatrının aktyorları 26 fevral, Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan "Xocalı" ilə bağlı video paylaşım ediblər.
Videoda gənclər "Xocalı" faciəsinin tarixi haqqında məlumat verirlər.

Qeyd edək ki, Xocalı şəhərində törətdilən soyqırımdan 28 il ötür. Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. 

Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.


Print