Marneulidə 11 nəfərin özünütəcrid müddəti başa çatdı
Marneuli miqyasında koronavirusa görə özünütəcriddə olan 11 nəfərin iki həftəlik təcrid müddəti tamamlandı.

Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Etter Laperadzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, onlardan heç birində koronovirus əlamətləri aşkarlanmayıb, buna görə də onlar özünütəcriddən çıxıblar.

Laperadzenin sözlərinə görə, hazırda özünütəcriddə 3 nəfər qalır.

Qeyd edək ki, ötən həftə özünütəcrid qaydalarını pozduğuna görə, Marneulidən 3 nəfər məcburi karantinə aparılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər