Marneuli meriyasının qarşısında izdiham (Video)

Bu gün, 30 mart tarixində səhər saatlarından Marneuli meriyasının qarşısında izdiham yaranıb.


Marneuli bələdiyyəsinin müxtəlif kəndlərində yaşayan sakinlər meriyanın qarşısına toplaşıb və müxtəlif ehtiyacları ilə bağlı kömək tələb ediblər.

Sakinlərin əksəriyyətinin etirazına Marneulidə yaranmış iqtisadi vəziyyət səbəb olub. Onlar deyirlər ki, kəndlərdə ərzaqların qiyməti qalxıb, onların isə almaq üçün kifayət qədər pulu yoxdur.

“Bizi virus deyil, aclıq öldürəcək”, – meriyanın qarşısına gəlmiş qadın deyir.

Marneuli meri “Marneuli” radiosuna bildirdi ki, bələdiyyədə məlumat yayılıb ki, Marneuli meriyası tərəfindən verilən yardım hamıya paylanacaq, lakin bu məlumat həqiqətə uyğun deyil.

“Bələdiyyə miqyasında kimə yardım olunacağı ilə bağlı siyahılarımız var. İndi İtaliyalı merlər kimi emosional şəkildə xalqı evlərində qalmağa, evdən çıxmamağa çağırıram”, – Zaur Darğallı dedi.

Marneuli meri sakinləri evlərinə getməyə çağırdı və bildirdi ki, kənd icra nümayəndələri, Bələdiyyə Məclisinin deputatları onların problemləri ilə maraqlanacaq.

Marneuli merinin müavini Laşa Lobjanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyədə məlumatlandırma kampaniyası aktiv şəkildə davam edir və meriya çalışır ki, bütün Marneuli miqyasında hərtərəfli məlumat yaysın.

Marneuli meriyası qarşısında izdiham xəbərdarlığa baxmayaraq, dağılmayıb, bununla belə toplaşanlar bir-biri ilə məsafə saxlamağa çalışıb.



 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər