Marneulidə sakinlərə karantinin ləğv olunavağı ilə bağlı yalan məlumat göndərilib
"Kvemo Kartli sakinlərinə sosial şəbəkə və qısa ismarıc vasitəsilə karantin rejiminin ləğv olunacağı barədə yanlış məlumat göndərilir ki, bu da yalandır!!!

Əziz həmvətənlər, yalnız rəsmi mənbələrin məlumatlarına etibar edin, tövsiyələrə əməl edin və yazılan məlumatlara inanmayın." Bu bəyanatı Gürcüstan xalq müdafiəçisi Nino Lomcaria yayımlayıb və qeyd edib ki, məsələ barədə müvafiq qurumlara artıq məlumat verilib.




Oxşar bəyanatı Marneuli meri Zaur Darğallı da yayımlayıb və xalqı yalan məlumatlara inanmamağa çağırıb. "Dostlar, aşağıda yazılan xəbər dezinformasiyadır, kimlərsə 1 aprel zarafatı etmək istəyib, ancaq düşünməyiblər ki, bu zarafat kimlər üçünsə cəriməylə nəticələnə bilər!"




Sakinlərə göndərilən məlumatın məzmunu isə belə olub
"Sabahdan karantin ləğv olunur, bu barədə Baş nazir Qiorqi Qaxaria bildirib, belə ki testlər nəticəsində Marneulidə koronavirus təsdiqlənməyib."

Gürcüstan hökumət administrasiyası sosial şəbəkə və bəzi sautlarda gürcü və azərbaycan dillərində yayılan bu məlumatı qəti şəkildə təkzib edir. Administrasiyadan 1tv.ge-yə bildiriblər ki, bu məqsədi xalqı yanlış yönləndirmək olan növbəti dezinformasiyadır. Gürcüstan hökumətinin sərəncamına uyğun olaraq karantin rejimi 21 aprel 2020-ci ilədək davam edəcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər