"Kvemo Kartli sakinlərinə
sosial şəbəkə və qısa ismarıc vasitəsilə karantin rejiminin ləğv
olunacağı barədə yanlış məlumat göndərilir ki, bu da
yalandır!!!
Əziz həmvətənlər, yalnız rəsmi mənbələrin məlumatlarına etibar
edin, tövsiyələrə əməl edin və yazılan məlumatlara inanmayın." Bu
bəyanatı Gürcüstan xalq müdafiəçisi Nino Lomcaria yayımlayıb və
qeyd edib ki, məsələ barədə müvafiq qurumlara artıq məlumat
verilib.
Oxşar bəyanatı Marneuli meri Zaur Darğallı da
yayımlayıb və xalqı yalan məlumatlara inanmamağa çağırıb. "Dostlar,
aşağıda yazılan xəbər dezinformasiyadır, kimlərsə 1 aprel zarafatı
etmək istəyib, ancaq düşünməyiblər ki, bu zarafat kimlər üçünsə
cəriməylə nəticələnə bilər!"
Sakinlərə göndərilən məlumatın məzmunu isə belə olub
"Sabahdan karantin ləğv olunur, bu barədə Baş nazir Qiorqi Qaxaria
bildirib, belə ki testlər nəticəsində Marneulidə koronavirus
təsdiqlənməyib."
Gürcüstan hökumət administrasiyası sosial şəbəkə və bəzi sautlarda
gürcü və azərbaycan dillərində yayılan bu məlumatı qəti şəkildə
təkzib edir. Administrasiyadan 1tv.ge-yə bildiriblər ki, bu məqsədi
xalqı yanlış yönləndirmək olan növbəti dezinformasiyadır. Gürcüstan
hökumətinin sərəncamına uyğun olaraq karantin rejimi 21 aprel
2020-ci ilədək davam edəcək.