3 aprel tarixindən “Liberty Bank”-ın maşınları Marneuli
bələdiyyəsinin kəndlərinə getməyə başlayacaq.
“Liberty Bank”-ın regional direktoru Tenqiz Svanidzenin “Marneuli”
radiosuna verdiyi məlumata görə, 2 ədəd maşın bu gün Marneuliyə
gələcək, 3 aprel tarixində Marneuliyə daha bir maşın gələcək, bir
maşın isə Bolnisiyə gedəcək.
“Maşınlar kəndlərə görə bölüşdürüləcək. Qrafik
əvvəlcədən müəyyən olunacaq və kənd icra nümayəndələrinə maşınların
kəndə nə vaxt gedəcəyi barədə əvvəlcədən məlumat
veriləcək”, – Tenqiz Svanidze dedi.
“Liberty Bank”-ın regional direktoru bir maşında neçə nəfərin
oturacağı barədə dəqiq məlumat vermədi. Bildirdi ki, bu məlumat
məxfidir.
Qeyd edək ki, 31 mart tarixindən hökumətin qərarı ilə bir maşında
üç nəfərdən artıq insanın əyləşməsi qadağan olunub. “Liberty Bank”
1 aprel tarixində bu barədə hökumətlə danışıqların aparıldığını
bildirmişdi. Qeyd olunan qərarın bankın maşınları üçün qüvvədə
qalıb-qalmayacağı isə məlum deyil.