“Bu çətin dövrdə oyun oynamaq zamanı deyil!” – Marneuli meri Kvemo Kartlidə yayılan dezinformaciya haqqında
“Bu çətin dövrdə oyun oynamaq zamanı deyil!” – Marneuli meri Zaur Darğallı sosial şəbəkədə Kvemo Kartlidə 1 aprel tarixindən karantin rejiminin ləğv olunması ilə bağlı yayılmış məlumata münasibət bildirib.

Marneuli meri bu məzmunda mesajların 1 aprel zarafatı olaraq qəbul edib və əhalini yalan məlumatlara inanmamağa çağırıb.

“Əhalini səhv yönləndirən hər kəs bilsin ki, müvafiq cavab alacaq. Komendant saatı və karantin rejimi 21 aprelə qədər davam edəcək və bu Marneuliyə də aiddir. Başqa qeyri-rəsmi məlumatlar yalandır. Belə hərəkətin açıqlaması yoxdur. Ola bilsin, kimsə həqiqətən də saat 9-dan sonra küçəyə çıxsın və cərimələnsin”.



Yalan məlumat daşıyan mesaj Zaur Darğallıya da gəlib.

Kvemo Kartlidə yayılmış dezinformasiyaya 1 aprel tarixində Gürcüstanın Xalq Müdafiəçisi də münasibət bildirib.

“Əziz vətəndaşlar, məlumatları rəsmi mənbələrdən dinləyin, tövsiyələrə əməl edin və yanlış məlumatlara inanmayın!”.





1 aprel tarixində əhaliyə bu məzmunda mesaj göndərilib:

“Sabahdan karantin ləğv olunacaq. Bu haqda Qiorqi Qaxaria bildirib, çünki Marneulidə test yoxlamaları nəticəsində koronavirus təsdiqlənməyib.”






Gürcüstan Hökumət Administrasiyasının Mətbuat Xidməti sosial şəbəkədə və bir neçə veb-səhifədə Gürcüstanda fövqəladə vəziyyətin ləğv olunacağı ilə bağlı gürcü və azərbaycan dillərində yayımlanmış məlumatı qəti şəkildə təkzib edir.

1tv.ge-yə mətbuat xidmətindən verilən məlumata görə, bu növbəti yanlış məlumatdır və ictimaiyyəti yanlış yönləndirmək məqsədi daşıyır.

Gürcüstan hökumətinin qərarına əsasən müvafiq fövqəladə vəziyyət 2020-ci ilin 21 aprel tarixinə qədər davam edəcək.

“Marneuli” radiosu Daxili İşlər Nazirliyinin faktla bağlı istintaqın başlayıb başlayamacağını araşdırır.

Print Email
FaceBook Twitter Google