“Bu çətin
dövrdə oyun oynamaq zamanı deyil!” – Marneuli meri
Zaur Darğallı sosial şəbəkədə Kvemo Kartlidə 1 aprel tarixindən
karantin rejiminin ləğv olunması ilə bağlı yayılmış məlumata
münasibət bildirib.
Marneuli meri bu məzmunda mesajların 1 aprel zarafatı olaraq qəbul
edib və əhalini yalan məlumatlara inanmamağa çağırıb.
“Əhalini səhv yönləndirən hər kəs bilsin ki, müvafiq cavab alacaq.
Komendant saatı və karantin rejimi 21 aprelə qədər davam edəcək və
bu Marneuliyə də aiddir. Başqa qeyri-rəsmi məlumatlar yalandır.
Belə hərəkətin açıqlaması yoxdur. Ola bilsin, kimsə həqiqətən də
saat 9-dan sonra küçəyə çıxsın və cərimələnsin”.
Yalan məlumat daşıyan mesaj Zaur Darğallıya da gəlib.
Kvemo Kartlidə yayılmış dezinformasiyaya 1 aprel tarixində
Gürcüstanın Xalq Müdafiəçisi də münasibət bildirib.
“Əziz vətəndaşlar, məlumatları rəsmi mənbələrdən
dinləyin, tövsiyələrə əməl edin və yanlış məlumatlara
inanmayın!”.
1 aprel tarixində əhaliyə bu məzmunda mesaj göndərilib:
“Sabahdan karantin ləğv olunacaq. Bu haqda Qiorqi Qaxaria bildirib,
çünki Marneulidə test yoxlamaları nəticəsində koronavirus
təsdiqlənməyib.”
Gürcüstan Hökumət Administrasiyasının Mətbuat Xidməti sosial
şəbəkədə və bir neçə veb-səhifədə Gürcüstanda fövqəladə vəziyyətin
ləğv olunacağı ilə bağlı gürcü və azərbaycan dillərində yayımlanmış
məlumatı qəti şəkildə təkzib edir.
1tv.ge-yə mətbuat xidmətindən verilən məlumata görə, bu növbəti
yanlış məlumatdır və ictimaiyyəti yanlış yönləndirmək məqsədi
daşıyır.
Gürcüstan hökumətinin qərarına əsasən müvafiq fövqəladə vəziyyət
2020-ci ilin 21 aprel tarixinə qədər davam edəcək.
“Marneuli” radiosu Daxili İşlər Nazirliyinin faktla bağlı
istintaqın başlayıb başlayamacağını araşdırır.