Qızılhacılı sakini karantinə görə 6 ildən sonra dünyaya gələn körpəsindən ayrı düşmüşdü - Video
Qızılhacılı kənd sakini Asif Qarayev və Könül Yusibovanın 6 ildən sonra övladı olub.
Ölkədə karantin elan olunduğuna görə onların övladları bir müddət doğum evində qalmalı olub.

Asif Qarayev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, körpə doğulduğu zaman müəyyən problemləri olub və həkimlər onun xəstəxanada qalmasını tövsiyə ediblər. Yeni doğulmuş Körpə Tbilisidə, Diğomi massivində yerləşən klinikaların birində qalmalı olub və hər iki valideyn Qızılhacılı kəndinə qayıdıblar.

Daha sonra ölkədə karantin elan oldunduğuna görə onlar körpəni xəstəxanadan çıxara bilməyiblər. Mart ayının 12-dən xəstəxanada qalan körpə ötən gün, 4 aprel tarixində Marneuli merinin müavini Laşa Lobjanidze və tibb işçiləri tərəfindən valideynlərinə çatdırılıb.

Asif Qarayev bildirdi ki, körpə indi evdədir və vəziyyəti yaxşıdır, heç bir problemi yoxdur.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Kosalı kənd sakininin 8 ildən sonra valideyn olduğu xəbərləri yayılmışdı. Lakin Asif Qarayev bu xəbərlərin həqiqətə uyğun olmadığını dedi və qeyd etdi ki, 6 ildir övladı olmurmuş və Kosalı deyil, Qızılhacılı kəndində yaşayır.



"Marneuli" Radiosu
Print