Həmkəndlilərinə yardım üçün bankdan götürülmüş kredit

Marneuli bələdiyyəsinin Saimerlo kəndində sakinlərə pulsuz çörək, bitki yağı və şəkər paylayırlar. Bir neçə gün öncə Şermadin Boçoidze həmkəndlilərinə yardım etməyə qərar verib. Bankdan kredit götürüb və sakinlər üçün ərzaq alıb.

Saimerlo sakinlərinə 1000 çörək”, “Saimerlo sakinlərinə pulsuz çörək, şəkər, bitki yağı” – Aprel ayının əvvəllərindən Saimerlo mağazaları və küçələrində belə yazılar görünməyə başladı.

Hazırda bütün sakinlər üçün ümumilikdə 1 000 çörək paylamışam. Bundan başqa artıq 150 ailəyə kömək etmişəm. 1 kq şəkər, iki çörək və bir litr bitki yağı verdik. Bu gün 20-30 ailəyə yenə verəcəyik və düşünürəm ki, bununla da tamamlayacağıq”, – Şermadin Boçoidze dedi.

Şermadin sakinləri bir-birinə kömək etməyə çağırır. Deyir ki, bu ağır vəziyyətdən birlikdə çıxmaq üçün imkanı olan hər kəs ehtiyacı olanlara yardım etsin.

Yaxşı olar ki, birləşək və ehtiyacı olanlara kömək edək. Ehtiyacı olanlara yardım edən daha çox insan olsa, daha çox sevinərəm”, – Şermadin Boçoidze deyir.

Marneuli və Bolnisi bələdiyyələridə 23 mart tarixindən ciddi rejimli karantin elan olunub. Bələdiyyələrdə aptek və ərzaq mağazaları istisna olmaqla, bütün biznes obyektləri bağlanıb. Marneuliyə giriş-çıxış bağlanıb. Vətəndaşlara Marneuliyə giriş-çıxış qadağan edilib.

31 mart tarixindən isə bütün Gürcüstan miqyasında komendant saatı elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən çıxmaq qadağan olunur.

განცხადება სოფელ საიმერლოს ერთ-ერთ მაღაზიაში


Print Email
FaceBook Twitter Google