Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun
təşəbbüsü ilə GAK-ın üzvləri, eləcə də bir neçə iş adamı tərəfindən
Bolnisi rayonunun Kəpənəkçi kənd sakinlərinə gigyena məhsulları və
ərzaq yardımı edilib.
GAK-ın sədri Hüseyn Yusubov “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, Bolnisi rayonu ciddi karantin rejimində olduğuna görə
onlar Kəpənəkçi kəndində yaşayan 70 ailəyə yardım etmək qərarına
gəliblər.
Yusubov bildirdi ki, “GAK”-ın Bolnisili üzvü Ramiz Bəkirovun rayona
giriş-çıxış üçün vəsiqəsi olduğuna görə, o, hazırlanmış yardım
paketlərini kənd sakinlərinə təqdim edib.
Hüseyn Yusubov hər kəsi çətin günlərdə bir-birinə yardım etməyə
çağırdı və qeyd etdi ki,
“Hər kəs bir günlük Kəpənəkçi
olmağı bacarsın”.
Xatırladaq ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart
tarixindən ciddi rejimli karantin elan olunub. Bələdiyyələrdə aptek
və ərzaq mağazaları istisna olmaqla, bütün biznes obyektləri
bağlanıb. Vətəndaşlara Marneuliyə giriş-çıxış qadağan edilib.